Yuxarı

Azərbaycanlı qadın ilahiyyatçını təəccübləndirdi - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadının Türkiyənin tanınmış ilahiyyatçısı Nihat Hatipoğluna canlı efirdə verdiyi sual ölkə mediasının gündəmində yer alıb.

Publika.az-ın məlumatına görə, Türkiyənin ATV telekanalında yayımlanan verilişə zəng edən azərbaycanlı qadının sözləri aparıcı N.Hatiploğlunu təəccübləndirilib.

Qadın ailəsinin razılığı ilə sevmədiyi bir ilə evləndiyini, həyat yoldaşının narkoman olduğunu və onu aldatdığını deyib:

"Həyat yoldaşımla münasibətlərimiz yaxşı deyildi. Həmin vaxt başqa biri ilə tanış oldum, onunla bir-birimizi sevirik. Bir müddət sonra boşandım, sevdiyim şəxslə evlənmək istədim. Kəbin kəsdirmək istədik, amma molla buna razı olmadı. Mən şiə, yoldaşım sünni idi. Molla nikahımızın haram olduğunu dedi. İndi bu məsələni sizdən soruşmaq istəyirəm. Yoldaşıma xəyanət etdiyim biri ilə evlənə bilərəmmi?"

Bu sözlər qarşısında təəccüblənən N.Hatipoğlu bir müddət sonra sualı cavablandırıb.

"Evli olarkən başqası ilə münasibətdə olmusunuz, bunun adı zinadır. Boşandıqdan sonra həmin adamla evlənməyinizdə bir mane yoxdur", - deyə cavab verib.

Tarix
2015.05.02 / 21:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla