Yuxarı

Verterin iztirabları və... Aytac

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Höte bu romanı yazanda 25 yaşındaydı. Əsərin nəşri və tirajlanması ilə Almaniya küçələrində bir "Verter sindromu" baş qaldırmağa başladı. Sonralar bu böhranlı vəziyyətə romanın "samizdat" elan edilməsi və Avropada satışına qadağa ilə son qoyulacaqdı.

Buna qədər isə "Gənc Verterin iztirabları"nı oxuyan hər 10 yeniyetmədən azı yarısı mavi jaket, sarı şalvarda şəhər küçələrində dolaşmağa başlayır. Bu geyim üslubu kütləviləşir. Hardasa, bizim dövrümüzdə "Qurdlar vadisi"nə baxan gənclərin özünü Çakıra bənzədərək əldə təsbeh çevirməsini xatırladır. Obıvatel gənclik üçün eyforik obraz olan Çakırı o vaxt hər yerdə görmək olardı - 17-18 yaşlı yeniyetmələr kostyumda və əlində təsbeh küçələrdə gəzişirdi.

Yeniyetməlik ən qərarsız və emosiyaların çətin cilovlandığı yaş dövrüdür.

Hötenin romanında gənc hüquqşünas-stajor Verter nişanlı qız Lottaya olan sevgisinə görə əzablar çəkir. Ümidsiz və nakam bir məhəbbətin arxasınca qaçan Verterin məşəqqətləri intiharı ilə bitir.

Yazıçı bu əsəri Vetzlar məhkəməsində köməkçi işlədiyi dövrdə qələmə alır. Bu da təsadüfi deyil - məhkəmədə Şarlotta Buf adlı nişanlı qıza aşiq olan yazıçı qarşılıqsız sevgi taleyini yazmışdı.

Ancaq Höte əsərdə Verterin intiharı finalını yaxın dostu Karl Vilhelmin aqibətindən təsirlənərək təsvir edir. Karl evli bir qadına olan qarşılıqsız məhəbbətin əsirinə çevrilərək özünü qurban verir.

Qısa bir vaxtda yazıçıya şöhrət gətirən bu roman bir müddət sonra qadağan edilir. Tarixə "Verter sindromu" kimi düşən bu əsəri oxuyan hər yeniyetmənin intihar etməsi və bunun kütləvi hal alması rəsmiləri təxirəsalınmaz addımlar atmağa sövq edir. Gənclərin intiharını qabaqlamaq üçün Hötenin kitabının satışı yasaqlanır. Kilsə və müasirləri tərəfindən yazıçı sərt tənqid olunur. Leypsiq, Kopenhagen və başqa şəhərlərdə əsər satışdan yığışdırılır.

Romanda əsilzadə bir ailənin qızı olan Lotta Verterə qarşı biganə deyil. Yəni, qızın bu gəncdə ürəyi var. Amma tale elə gətirib ki, Albertə nişanlı olan qızcığaz heç cürə hörmətsizlik etmək, dəyərləri tapdalamaq, verdiyi sözə xilaf çıxmaq istəmir.

Odur ki, evlənirlər, Verter isə bir ailə dostu olaraq yanlarında olur. Bu isə çox davam edə bilməzdi. İztirablar içində yaşayan Verter Lottaya son məktubunu yazaraq intihar edir...

İstənilən müqayisə qüsurlu olsa da, aprelin 30-da sevgisinə cavab ala bilməyən İzzət Hüseynovun törətdiyi qətl Verterin iztirablarına yaxındır. Kimsənin haqq qazandırmadığı bu cinayətin olacağını isə hesablamaq lazım idi.

Çünki İzzətin ifadəsinə görə, Aytac Babayevanın əvvəllər onda könlü olub, 4 aydır ayrılıblarmış. Və günümüzün Verteri, sadəcə, Hötenin personajından fərqli olaraq intihara özündə cəsarət tapmayıb. İzzət ifadəsində Aytacın cəsədi üstündə ağladığını və özünü öldürmək istəyində olduğunu desə də, öz canına qıya bilməyib - sevdiyinin isə qıyıb...

İzzət yeni presedentin bünövrəsini qoymuş oldu və bu işdə sosial medianın da rolu az olmadı. İnnən belə yeniyetmələr arasında bu cür qətllərin tendesiya halını alacağından narahatam - necə ki, "Koroğlu" körpüsünə çıxmaq dəbə minmişdi...

İndi neyləməli, nəyə qadağa qoymalı? Bəlkə, "İzzət qətlini" ümumiyyətlə yaddaşlardan silmək lazımdır? Amma necə?

Yeni media – sosial şəbəkələrə təəssüf ki, nüfuz etmək olmur...

Tarix
2015.05.03 / 10:20
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İranda telefonunuzda MTN yazısı görsəniz... - Reportaj

Deputatın olduğu canlı yayıma basqın - Video

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Dövlət iki mərkəzi satır – Hərrac

Dəmir yolunun bu hissəsi söküldü

Xaçmazda quşlar kütləvi tələf olur? – Foto

Öcalandan Gülən haqda şok sözlər

Moskva sirki Bakıya gəlir

Messinin dublu, almanların “sülh”ü…

Saratovka qaymağı zay çıxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla