Yuxarı

Türk diplomatların ruslara Hitler xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İkinci Dünya müharibəsində faşist Almaniyasına qarşı qazanılan zəfərin 70 illiyini qeyd etdiyi bir vaxtda maraqlı tarixi faktlar üzə çıxıb.

Axar.az-ın məlumatına görə, tarixçi Vladimir Vinokurov iddia edib ki, Hitlerin Sovet İttifaqına hücumundan öncə türk diplomatlar Stalini xəbərdar edib.

Vinokurov arxiv sənədlərindən istifadə edərək bildirib ki, 1940-ci ildə Almaniya, İtaliya və Yaponiya arasında pakt imzalandıqdan sonra Türkiyənin Tokiodakı səfiri Fərid Tək Sovet İttifaqının elçisi K.Smetanini ziyarət edib. Tarixçilərə görə, səfərin əsl məqsədi türk elçinin alman qoşunlarının SSRİ-yə hücum edəcəyi ilə bağlı rus diplomatı xəbərdar etmək olub.

Lakin buna baxmyaraq, rusiyalı diplomat Fərid Təkə inanmayıb. Almaniya ilə Sovet İttifaqı arasında "Hücum etməmək barədə" razılığın olduğunu deyib. Türk diplomat isə gülərək, "Bunlar sadəcə gözdən pərdə asmaq üçündür və rəsmidir", - deyə cavab verib.

Rus tarixçinin sözlərinə görə, 1940-cı ilin iyun ayında Türkiyənin Macarıstandakı səfiri Rövşən Əşrəf Ünaydın da Sovet elçisi Şaranova xəbərdarlıq edib. O, alman qoşunlarının Macarıstan üzərindən Rumıniyaya hərəkət etdiyini xatırladaraq, təhlükənin yaxında olduğunu dilə gətirib.

Türk diplomatların həmkarlarına xəbərdarlığı bununla bitmir. 1941-ci il yanvarın 4-də Türkiyənin Berlindəki səfiri Alkent də Sovet diplomatı V.Dekanozova Almaniyanın Sovet İttifaqına hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Tarix
2015.05.03 / 18:43
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla