Yuxarı

Neftin bahalaşma səbəbi – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya bazarında neftin bahalaşmasının iqtisadi və fundamental əsasları yoxdur".

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. O, neftin ucuzlaşmasına təsir göstərən faktorlarının yerində qaldığını, bazarda fundamental dəyişikliklərin olmadığını bildirib:

"Mövcud vəziyyət qiymətlərin aşağı çəkilməsinə xidmət etməliydi. Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ slans neftinin hasilatını artırıblar. Son açıqlanan rəqəmlər göstərdi ki, OPEK-ə daxil olan və olmayan ölkələrdə də hasilat kvotaları keçib. İraqda son 1 ilin ən yüksək həddində neft hasil edilib. Dünyada iqtisadi inkişaf tempi xeyli dərəcədə zəifləyib. Dünyanın ikinci neft istehlakçısı olan Çində istehsal indeksi son illərin ən aşağı səviyyəsinə - 50 punktdan da aşağı düşüb. Bütün bunlar neftin qiymətlərini aşağı çəkməliydi. İranın bazara daxil olacağı ehtimalı da yerində qalıb".

Ekspert onu da bildirib ki, bahalaşma Yaxın Şərqdə, xüsusilə Yəmən ətrafında baş verən gərginliklə bağlıdır:
"Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya güclərinin Yəmənə müdaxiləsi neft bazarında ciddi narahatlıq yaratdı. Yəməndə də neft hasilatı aşağıdır, gündəlik hasilat 100 min bareldən də azdır. Lakin Yəmən strateji cəhətdən əlverişli mövqedə qərar tutub. Tankerlər əsasən, Hörmüz boğazı və Süveyş kanalı vasitəsilə Yəmənin daxili sularından keçməklə dünya bazarına çıxır. Dünyada tankerlərlə neft daşımalarının təxminən 30%-i məhz bu bölgədən keçir. Bu da investorlar və neft istehsalı ilə məşğul olan treyderlərdə ajiotajın yaranmasına səbəb olur. Hamıda belə bir qorxu yarandı ki, münaqişə böyüyərsə və Yəmənə müdaxilələr uzunmüddətli olarsa, boğazlardan keçən tankerlərə təhlükə ola bilər. Bu isə dünya bazarına neftin çıxarılmasını əngəlləyə bilər".

Ekspertin sözlərinə görə, digər bir təhlükə İran və Səudiyyə Ərəbistanının Yəmən məsələsinə görə, qarşıdurmaya gedəcəkləri ehtimalı ilə bağlı idi: "Təbii ki, iki böyük neft ölkəsinin münaqişəsi qiymətlərə ciddi təsir göstərən amillərdən biri ola bilərdi. Bütün bu spekuliyasiyalar və real vəziyyət neftin qiymətinin son 1 ayda addım-addım artmasına səbəb oldu. Çox güman ki, Yəmən böhranında yumşalma baş verəcəksə, yenidən bazarın öz köhnə vəziyyətinə (50-55 dollar) qayıtma ehtimalı yüksələcək. Çünki qiymətlərin yenidən aşağı düşməsi üçün fundamental səbəblər yerində qalır. Ona görə də əsas diqqət Yəmən məsələsinin tezliklə həll olunmasına yönəlib".

Tarix
2015.05.06 / 00:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla