Yuxarı

Alim Qasımov: “Bu biabırçılıqdır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün bayağı musiqilər baş alıb gedir. Bu cür musiqilərin yolu, görkəmi çox az olmasına baxmayaraq, biz onları efirlərə, radiolara ötürməkdən çəkinmirik. Bu yolverilməzdir. Təəssüflər olsun ki, hazırda efirlərimizdə səslənən musiqinin 70-80 faizi bayağı musiqilərdir".

Axar.az xəbər verir ki, bu sözləri musavat.com-a geniş müsahibəsində xalq artisti, görkəmli muğam ustası Alim Qasımov deyib. Xanəndənin sözlərinə görə, onsuz da insanlar restoranda, məclislərdə olanda o cür bayağı musiqiləri eşidir:

"Bunu efirə də çıxartmağın nə mənası, anlamı var? Axı bütün tamaşaçıların zövqü eyni deyil. Cəmiyyətimizdə əsl, keyfiyyətli musiqi eşitmək istəyən xeyli insanımız var. Lakin indi onlar da bu cür musiqiləri dinləməyə məcburdurlar. Efirlərdə ancaq toyxana gedir. Bu, biabırçılıqdır.

Çadır toyları onların yanında ən məşhur konsertlərə bənzəyir. Amerikanın diskotekaları bizim efirlərdə gedən musiqili verilişlərdən daha tərbiyəlidir".

A.Qasımov müsahibəsində İŞİD terror təşkilatından da danışıb:

"Belə şeyləri görəndə deyirəm, ilahi, sən özün haqq-ədaləti bərqərar et, ölkəmizi fərahimdə saxla, bizi mərdimazardan uzaq et, dini-imanlı olaq. Lakin qeyd etdiyiniz o cür hadisələri izləmirəm.

Çünki bu tip olayları izlədikdə insan mənfi aura ilə yüklənir, bu da sonradan insana pis təsir edir, hərəkətlərdə aqressiya yaranır. Çalışıram ki, özümü belə şeylərdən uzaq tutum".

Tarix
2015.05.06 / 00:28
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla