Yuxarı

İrəvanın borcu büdcəsini iki dəfə geridə qoydu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan günümüzdə Qafqazın ən zəif iqtisadiyyata malik ölkəsidir. Bunun da əsas səbəblərindən biri məhz Dağlıq Qarabağ münaqişəsi və problemin bu günə qədər həll edilməməsidir".

Bu barədə Axar.az-a açıqlamasında xarici borcları 4 milyardı üstələmək üzrə olan Ermənistan iqtisadiyyatının acınacaqlı durumuna toxunarkən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, Ermənistanın bu günə düşməsi daha çox siyasi səbəblərdən qaynaqlanır:

"Qafqazın ən böyük enerji resurslarına malik ölkəsi Azərbaycanla Ermənistanın birbaşa iqtisadi əlaqələri yoxdur. O cümlədən, uzunmüddətli mübarizələrin aparılmasına baxmayaraq, Türkiyə ilə sərhədlərin hələ də açılmaması Ermənistan kimi çox zəif iqtisadi resurslara malik bir ölkənin hazırkı vəziyyətə gəlib çıxmasına səbəb olub. Hazırda bu ölkənin xarici borcu ümumi daxili məhsulda təxminən 43 faizə yaxın paya malikdir. Xatırladım ki, analoji göstərici Azərbaycan üçün 11 faizdir. Yəni 4 milyardlıq bir xarici borc yükü altına girmiş Ermənistan iqtisadiyyatının demək olar ki, ümumdaxili məhsulu cəmi 11 milyard dollardır. Ölkənin dövlət büdcəsinə 2014-cü il üçün cəmi 2,8 milyard dollar gəlir daxil olub. Bu, xarici borclardan 1,7 dəfə azdır. Təbii ki, bu, Ermənistan üçün çox ciddi narahatlıq və böyük çətinliklər yaradır. Düşünürəm ki, bundan sonrakı dövrlərdə də Ermənistanın xarici borclarının artması prosesi tendensiyası davam edəcək. Baxmayaraq ki, xarici borc yükü Rusiyayadır, bu, Ermənistan iqtisadiyyatı, o cümlədən, sıravi ermənilər üçün ciddi bir təhlükəyə çevriləcək".

İqtisadçının sözlərinə görə, Yunanıstana baxanda Ermənistanın gələcək vəziyyətini və ölkəni gözləyən təhlükəni proqnozlaşdırmaq o qədər də çətin deyil:

"Xarici borc yükü ilə bağlı yaranmış problemlərin doğuracağı ağır nəticələr bizə Avropa ölkəsi, daha dərin inkişaf yolu keçmiş Yunanıstanı hansı vəziyyətə saldığını göstərir. Burdan da Ermənistanın növbəti illərdə hansı çətinliklərlə üzləşəcəyini öncədən proqnozlaşdıra bilərik. Bu borcların geri qaytarılması Ermənistan vətəndaşına çox baha başa gələcək. Hazırkı situasiyada Ermənistanın bu borcları qaytarmağa heç bir iqtisadi gücü yoxdur. Bir məqamı diqqətinizə çatdırmaq istərdim ki, bu ölkənin xarici ticarət əlaqələrində ixracı cəmi 1,7 milyard dollardır. Yəni dövlət 4 il ixrac etsə belə, ixrac etdiyi məhsulların maya dəyərini bir kənara qoysaq da, öz borcunu ödəmək iqtidarında deyil. Həqiqətən bu ölkə çox çətin vəziyyətdədir. Bunun da əsas səbəbkarı məhz Ermənistan siyasi hakimiyyətinin apardığı uğursuz, eyni zamanda, Azərbaycana qarşı təcavüzkar siyasətin nəticəsidir".

Tarix
2015.05.06 / 08:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla