Yuxarı

Ermənistan özünü bankrot elan edə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın borclanmasının sürətlənməsi son bir ildə nəzərə çarpacaq dərəcədə yüksəlib".

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əgər Moskva İrəvana öz yardım əlini uzatmasa, təhlükəni önləmək heç cür mümkün olmayacaq:

"Çünki Ermənistan iqtisadiyyatı Rusiya ilə çox sıx bağlıdır. Demək olar ki, Rusiya iqtisadiyyatının gözaltısı şəklində fəaliyyət göstərir. Rus şirkətlərinin və kapitalının Ermənistanda ciddi rolu var. Onlar son illərdə Rusiyadan gələn vəsaitlərin hesabına ayaqda qalırdı. Bu bir il ərzində Rusiyada olan böhranlı vəziyyət, Moskvaya qarşı sanksiyaların tətbiqi, iqtisadi vəziyyətin ağırlaşması, gəlirlərin azalması Kremlin İrəvandakı iqtisadi fəaliyyətini xeyli dərəcədə zəiflədib və Ermənistana kəskin şəkildə təsir göstərib. Rublun ucuzlaşması belə Ermənistanda milli valyutanın getdikcə dəyərsizləşməsinə səbəb olub. Son bir ildə dram təqribən 30 faizə yaxın dəyərsizləşib. Belə bir şəraitdə Ermənistan başqa mənbələrdən borclanması hesabına ayaqda qalmağa, daxili, iqtisadi problemlərini həll etməyə məcburdur. Ermənistanın borc yükünün artması əsasən Rusiyada gedən proseslərlə bağlıdır. İqtisadiyyatının çox zəif və dayanıqsız olmasına görə gələcəkdə borcların qaytarılmasında ciddi problemlər yaşanacaq. Əgər proses bu sürətlə davam edərsə, Rusiyada vəziyyət düzəlməsə və Moskva İrəvana öz yardım əlini əvvəlki illərdə olduğu kimi uzatmasa, bir neçə ilə İrəvan çökəcək. Bu isə Ermənistanın hətta bankrot elan olunmasına gətirib çıxara bilər".

Tarix
2015.05.06 / 09:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla