ABŞ müxtəlif yerlərdə elə bir raket gizlədib ki...
13:35
Ana səhifə Kult |
Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn 1955-ci ildə – ölümündən bir qədər əvvəl "heç kim sümüklərimə itaət etməsin" deyərək cəsədinin yandırılmasını istəmişdi.
Elm xadiminin istəyi yerinə yetirilmiş, cəsədinin külləri ABŞ-ın şimal-şərqindəki Delaver çayına atılmışdı.
Axar.az xəbər verir ki, Eynşteynin yandırılan cəsədində gözləri və beyninin olmadığı sonradan aşkar edildi. Alimin nəşinin saxlanıldığı Prinseton Universiteti xəstəxanasına icazəsiz girən patoloq Tomas Harvey Eynşteynin beyninin bir parçasını götürüb dilimləyibmiş.
Qeyd edək ki, bu dilimlər hazırda Filadelfiyadakı Mutter Muzeyində sərgilənir. 2011-ci ildə muzeyə gətirilən nümunələr 46 dilimdən ibarətdir.
Tarix
2015.05.07 / 00:11
|
Müəllif
Rəfiqə Əlisəfa
|