Yuxarı

Bayrağımız Elbrus dağına qaldırılır - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsi çərçivəsində Azərbaycan bayrağı növbəti dəfə Elbrus zirvəsinə qalxır.

Axar.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü münasibəti ilə "Murov" Ekstremal İdiman Klubunun təşkilatçılığı ilə həyata keçirilən layihənin ikinci mərhələsinə bu il mayın 6-da Avropanın ən yükək zirvəsi olan Elbrus dağına yürüşlə start verilib. Yürüşdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, "Toyota Baku", "Bakcell" və " Vertical Group MMC " şirkətləri, həmçinin "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC , Alpinizm Federasiyası kimi dövlət idarələri və şirkətlərinin təmsilçiləri iştirak edirlər.

Yürüş iştirakçıları məhz may ayının 10-da, ulu öndər Heydər Əliyevin doğum günündə Elbrus zirvəsində olmağı qarşıya məqsəd qoyub. Eyni zamanda, "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsi çərçivəsində 2015-2016-cı il tarixləri arasında Qafqaz, Orta Asiya, Afrika və Latın Amerikasının ən yüksək zirvələrinə yürüşlərin həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, "Murov" Ekstremal İdman Klubu ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə 2014-cü il may ayının 10-dan "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsinə start verib. Layihənin məqsədi idman ölkəsi kimi tanınmaqda olan Azərbaycanının dövlətçiliyinin təməli olan üçrəngli bayrağının ölkəmizdə və xaricdəki yüksək dağ zirvələrində dalğalandırılmasıdır.

Ötən bir il ərzində "Murov" Ekstremal İdman Klubu İran İslam Respublikasında "Zəncan" Dağçı Klubu ilə birgə Savalan (4811 m) və Dəmavənd (5671 m) zirvələrinə, Azərbaycan Alpinizm Federasiyası ilə birlikdə isə 2014-cü ilin avqust ayında Elbrus (Rusiya Federasiyası, 5642 m) və sentyabr ayında Kazbek (Gürcüstan, 5033.8 m) zirvələrinə uğurlu yürüşlər təşkil edib.

Tarix
2015.05.07 / 02:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla