Yuxarı

SSRİ-nin uşaq konslagerləri: Sovet cəhənnəmi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sov.İKP MK Siyasi Bürosu şəxsən Leninin və Stalinin göstərişi əsasında "sahibsiz uşaqlar" üçün xüsusi işgəncə sistemi yaratmışdı. Bu sistem özündə konslagerləri və koloniyaları birləşdirirdi.

Bura gətirilən uşaqlar kim olduqlarını, hansı ailədən gəldiklərini və valideynlərini unutmalı idilər. Bura uşaqlar üçün xüsusi hazırlanmış QULAQ idi...

Şair David Kuqultinov xatirələrində yazır:

"Yeni ərəfə start götürdü – 6 yaşına qədər olan minlərlə uşaq... Balaca jiletlərdə, pambıq şalvarlarda, kürəklərində və sinələrində nömrələr... Məhbuslar kimi. Bu nömrələr onların analarının nömrələri idi. Onlar ətraflarında yalnız qadınları görməyə öyrəşmişdilər. Amma eşitmişdilər ki, haradasa kişilər var – atalar. Məni görən kimi üstümə qaçıb dedilər: "Ata! Ata!". Uşaqların nömrələnməsi çox dəhşətli səhnədir. Ətrafda isə böyük hərflərlə yazılıb: "Cənab Stalin, xoşbəxt uşaqlığımız üçün təşəkkürlər!"

Əgər güllələnən uşaqlardan danışası olsaq, ilkin olaraq II Nikolayın Yekaterinburqda qətlə yetirilən ailə üzvlərindən başlamaq lazımdır..."

1919-cu ildə Petroqradda 86-cı piyada alayının zabitlərinin ailə üzvləri və qohumları qətlə yetirildi. Onların içində uşaqlar da var idi.

1920-ci ilin mayında Yelizavetqradda 3-7 yaş arası dörd qız uşağı öldürüldü. Təkcə ona görə ki, onlar zabit övladları idi.

1920-ci ildə Arxangelski "Ölülər şəhəri" adlandırırdılar. Çekistlər burda 12-16 yaş arası uşaqları qətlə yetirirdi.

Balaca kölələrin fotoları heç kimə lazım deyildi. Amma onlar arxivlərdə qaldı. Şəkilləri NKVD-nin öz işçiləri çəkmişdi. Lazım olduğuna görə yox, elə-belə.

15 avqust 1937-ci ildə verilən 00486 nömrəli əmrdə deyilirdi ki, vətən xainlərinin arvadları və uşaqları qətlə yetirilsin.

Proses bir neçə mərhələdən ibarət olurdu. Əvvəlcə əməliyyata hazırlıq mərhələsi başladılırdı. Ailə başçılarını və digər üzvləri günahlandırmaq üçün xüsusi materiallar hazırlanırdı:

Ailənin adına ümumi arayış:

15 yaşından böyük olan uşaqların antisovet istiqamətdə olan "fəaliyyəti"ni özündə əks etdirən qısa sənədlər.

15 yaşına qədər olan uşaqların siyahısı əks olunan arayış – məktəbəqədər və məktəbli uşaqlara.

Hazırlanan sənədlərə NKVD rəhbərliyi baxırdı. Sonda:

"Vətən xainləri"nin və onların xanımlarının həbsi haqqında sanksiya qəbul olunurdu.

Uşaqlar barəsində axtarış və həbs-qəti imkan tədbirləri görülürdü.

Həbs olunan 15 yaşından böyük uşaqlar cəmiyyət üçün potensial təhlükə mənbəyi olmaqda, antisovet istiqamətli fəaliyyət göstərməkdə ittiham olunurdu və birbaşa düşərgələrə göndərilirdi.

Cəmiyyət üçün təhlükəli hesab olunan uşaqlar düşərgələrə yerləşdirildikdən sonra onlar NKVD-nin nümayəndələri tərəfindən işlədilirdi.

1 yaşdan 3 yaşa qədər olan uşaqlar uşaq evlərində və Narkomzdravovda məhkum ailələrinin uşaqları üçün ayrılmış körpələr evində yerləşdirilirdi.

3 yaşından 15 yaşına qədər olan uşaqlar dəniz kənarında və sərhədlərə yaxın yerlərdə olan düşərgələrə aparılırdı.

15 yaşından böyük uşaqlarla isə vəziyyətdən və valideynlərinin kimliyindən asılı olaraq fərdi şəkildə məşğul olurdular.

"12 mayda mənim dalımca gəldilər: "Yığışın, siz və uşağınız həbs olunur". Onda mən dedim ki, təslim oluram, amma uşağımı qohumlarıma vermək istəyirəm. Bununla, təbii ki, razılaşmadılar. Başa düşdüm ki, qışqırıb ağlamaqdan başqa əlimdən heç nə gəlməyəcək..."

Oğluma yaxınlıqda yaşayan qohumlarımın evinə qaçmağı dedim. Qaçıb canını qurtardı. Bir neçə gündən sonra NKVD nümayəndələri ora gəlib bildirdilər ki, balaca oğlumu həbs etmək haqda əllərində göstəriş var: "Bu uşaq vətən xaininin ailəsində böyüyüb. Biz onu həbs etməliyik..."

Tarix
2015.05.07 / 08:20
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla