Yuxarı

Trofimçuk Bakı Oyunlarının sirrini açdı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədi strateji xarakter daşıyır".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu oyunlar vasitəsilə öz imicini dəyişdirmək istəyir:

"Azərbaycan ilk dəfə olaraq Avropaya və dünyaya özünü neft-qaz faktoru ilə bağlı olmayan ölkə şəklində nümayiş etdirəcək. Özünün neft dövləti imicindən uzaqlaşmaq arzusu üçün bu oyunların təşkilinə xeyli zəhmət sərf olunub. İstənilən halda Bakının bu zəhmətinə və xərclərinə dəyər. Belə ki, indi "böyük xərclər" hesab edilən şeylər sonradan dövlətə yeni imic şəraitində əlavə gəlirlər gətirəcək. Ona görə də burada əsas hədəf azərbaycanlı idmançıların birinci yerləri tutmasına yox, daha uzağa hesablanıb. Unutmaq lazım deyil ki, Avropa Oyunlarının ilk dəfə keçirilməsi təşkilatçı şəhərin tarixə düşməsinə imkan yaradır. İndi bu proyektin perspektivi, həyati əhəmiyyətli olması məhz Bakıdan asılıdır. Məncə, Azərbaycan üçün daha bir vacib motiv Avropa Oyunları vasitəsilə onun özünü Qərbi-Asiya kimi yox, məhz Avropa ölkəsi kimi tanıtmağa imkanın yaranmasıdır. Mənim fikrimcə, Oyunların da emblemi kifayət qədər yaradıcı ideyadır. Nar və alov Azərbaycanın simvollarındandır. Amma ideyanın qrafiki reallaşdırılması daha güclü də ola bilərdi. Mən bu emblemə "Feniks quşu"nun əlavə edilməsinin tərəfdarı deyiləm. Nar və idman alovu əsas ideyanın çatdırılmasında daha önəmlidir".

Politoloq Azərbaycanın Avropa Oyunlarından sonra cəmiyyətdə rekord nəticələr əldə edə biləcəyini deyib:

"Müasir idman obyektlərinin rekord müddətə ucaldılması isə ayrıca məsələdir. Bu tip tikintilər heç şübhəsiz Azərbaycan vətəndaşları üçün çox vacibdir. Xüsusilə əgər dövlət bunu azərbaycanlıların sağlığının möhkəmləndirilməsi üçün onların istifadəsinə verməyi fikirləşsə, bu, çox gözəldir. Doğrudur, bunun biznesə xeyri yoxdur. Belə olacağı halda Bakı elə bir sosial səviyyəyə qalxmış olar ki, hələ həmin şəraitə praktiki olaraq heç bir keçmiş "olimpiada paytaxtı" nail olmayıb".

Qeyd: Bakı-2015-in simvolunda yanlış olaraq "Feniks quşu" kimi başa düşülən Azərbaycan mifologiyasında xüsusi önəm daşıyan odda yanmayan, əbədilik rəmzi olan Səməndər quşudur.

Tarix
2015.05.07 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla