Yuxarı

Qırmızı Meydana hansı liderlər gedir? – Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 9-da Qırmızı Meydanda faşizm üzərində qələbənin 70-ci ildönümü münasibəti ilə təşkil olunacaq mərasimdə bir çox dövlət və hökumət başçılarının iştirak etməsi gözlənilir.

Axar.az xəbər verir ki, rəsmi Moskva mərasimə 68 dövlət başçısını dəvət etsə də, 25 liderin Moskvaya gələcəyi gözlənilir.

Avropalı liderlərdən Kipr Prezidenti Nikos Anastasiadis Putinin dəvətini qəbul edib. Yunanıstan parada Prezident Prokopis Pavlopulosu göndərir. Mərasimdə Sloveniyanı Xarici İşlər naziri Karl Erjaveç təmsil edəcək. Çexiya Prezidenti Miloş Zeman ayın 9-da Moskvaya gəlsə də, paradda iştirak etməyəcək. Balkan ölkələrindən Serbiya Prezidenti Tomislav Nikoliç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç, Makedoniya Prezidenti Georgi İvanov ildönümü mərasiminə qatılacaq.

Ukraynanın gordonua.com saytının məlumatına görə, MDB ölkələrindən Azərbaycan Prezidenti İlham Əliyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Ermənistan Prezidenti Serj Sarkisyan mərasimdə iştirak edəcək. Abxaziya və Cənubi Osetiya liderlərinin də Moskvaya gələcəyi təsdiqlənib.

Yaxın Şərq ölkələrindən yalnız Fələstin lideri Mahmud Abbas Moskvaya gedir.

Asiya ölkələrindən Çin lideri Si Szinpin, Hindistan Pranab Mukherci, Vyetnam Prezidenti Çıonq Tan Şanq və Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj Putinin dəvətinə müsbət cavab verib.

Latın Amerikası ölkələrindən isə ənənəvi müttəfiqlərin Rusiya paytaxtına gələcəyi təsdiqlənib. Venesuela Prezidenti Nikola Maduro və Kuba lideri Raul Kastro bayram sevincini Putinlə bölüşəcək.

Rusiya rəsmiləri Afrika ölkələrindən Misir Prezidenti Abdel Fəttah Sisinin Moskvaya gələcəyini təsdiq edib. Zimbabve və Cənubi Afrika Respublikasından isə nümayəndə heyətinin tədbirə qatılacağı gözlənilir.

Tarix
2015.05.07 / 09:19
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla