Yuxarı

Azərbaycan udur: Transxəzər reallaşır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sürix protokolları qəbul edilərsə, Ermənistanla Türkiyə arasında münasibətlər qaydaya düşərsə, onda əlbəttə ki, bu, Rusiyanın ziyanına olacaq. Nəticədə bu məsələdə Rusiyanın Ermənistana nəzarəti zəifləyə bilər".

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşaviri bildirib ki, Rusiya bölgədə öz təsirini qoruyub saxlamaq üçün Ermənistanın Türkiyə ilə yaxınlaşmasından yana deyil:

"Rusiya Qarabağ münaqişəsindən Cənubi Qafqazda öz nüfuzunu qoruyub saxlamaq üçün istifadə edir. Çünki Qarabağ problemində status-kvonun dəyişməsi Moskva üçün xeyirli olmayacaq. Bu məsələdə Kreml İrəvan amilindən xüsusi istifadə edir və Ermənistanı öz təsir dairəsində saxlayır. Ermənistanda rus hərbi bazaları, sərhəd qoşunları var. Rusiya Sürix protokollarının imzalanmasında o qədər də maraqlı deyil. Çünki bu, Ermənistanın Qərbə meyillənməsinə yol aça bilər. Bu nöqteyi-nəzərdən də Rusiya Ermənistanın Qərblə təmaslarının, hətta Avropa Birliyinin qonşuluq münasibətlərinin daimi assosiativ üzvü olmasına etiraz edən ilk ölkədir. Bir sözlə, Rusiya Ermənistanı tamamilə təcrid edərək daim forpostu kimi saxlamaq istəyir və bundan bölgədə öz maraqlarını qoruyub saxlamaq üçün istifadə edir. Rusiyanın Ermənistana və bu ölkənin Türkiyə ilə münasibətlərinə son günlərdə belə həssaslıqla yanaşmasının əsas səbəbi budur".

Q.Hüseynli "Türk axını"nın gecikməsi məsələsinə də toxunub:

"Layihə ilə bağlı məsələlərdə çox ciddi problemlər meydana çıxıb. Əvvəla, AB bu layihəni qəbul etmir. Əvəzində, Azərbaycan və türkmən qazının Transxəzər vasitəsilə TANAP-a qoşulması yolu ilə Avropaya çatdırılmasına dəstək verir. Bu günlərdə Azərbaycan, Türkiyə və AB-nin xarici işlər komissarlığının iştirakı və Aşqabadda Ermənistanın baş nazirinin müavini ilə çox geniş söhbətlər aparıldı. Qeyd edim ki, orada Transxəzər qaz kəmərinin çəkilməsi barədə də ümumi prinsipial razılığa gəlindi. Rusiya, İran bu qaz kəmərinin çəkilməsinin ekoloji cəhətdən ziyanlı olacağını bəhanə edərək icazə vermək istəməsə də, AB BMT-nin xüsusi ekspert komissiyasının müasir texnologiyalara əsaslanan və dənizdən keçən qaz kəmərinin hər hansı bir ekoloji təhlükə yarada bilməyəcəyi barədə ekspertiza rəyini də Rusiyanın nəzərinə çatdırıb. Belə görünür ki, bu məsələlərdə AB çox sürətlə işləyir və öz məqsədlərinə çatmaq ərəfəsindədir".

Tarix
2015.05.07 / 09:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla