Yuxarı

İlham Əliyev “əfqan”lara təqaüd ayırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş 43 nəfərin 47 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən, bu ilin 1 yanvarından Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə Prezident təqaüdü təyin edilib.

Bu ilin ilk rübündə qeyd olunan hərbi qulluqçulardan 43 nəfərinin 47 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub. Aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir. Təqaüd onların sayına bərabər bölünməklə ödənilir.

Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya görə, həmin təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Təqaüdün alınması üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi saytının (mlspp.gov.az) "Fəaliyyət və xidmətlər" bölümünün "Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər" alt-bölümündə yerləşdirilib.

Tarix
2015.05.07 / 11:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla