Yuxarı

Yanğından çıxarılan 2 yaşlı Muraddan xəbər var

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanğından xilas edilən 2 yaşlı Muradın səhhəti yaxşılaşır. Artıq o, özünü yaxşı hiss edir. Azyaşlının anası da həmin xəstəxanada müalicə alır və onun da səhhətində heç bir problem yoxdur. İki gündən sonra ölümün pəncəsindən qayıdan ana və bala xəstəxanadan çıxacaq.

ANS TV-nin köməyi ilə yaxınlarına qovuşan 2 yaşlı Murad Həsənov artıq özunu yaxşı hiss edir. 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikolgiya şöbəsində müayinə olunan Murad anasının köməyi ilə həyatda qala bilib.

Azyaşlının bibisi Elnarə Rəsulova bildirir ki, xəbəri eşidən kimi dərhal toksikologiya şöbəsinə gəlib. Məlum olub ki, Muradın anası Nərminə Həsənova da şöbənin birinci mərtəbəsində müayinə olunur. Sadəcə onların bir-birindən xəbəri yoxdur:

"Xəstəxanaya gələrək burda çalışan işçilərdən soruşmağa başladım. 2-3 yaşında olan bir oğlan uşağı bura gətiridikləri barədə xəbərlərdə eşitdyimi onlara dedim. Ümid edirdim ki, bu, Murad olacaq. Elə də oldu, Muradı tapdım. Çox şadam. Bununla bağlı kanal əməkdaşlarına da öz minnətdarlığımı bildirirəm".

Yanğın zamanı azyaşlının anası uşağı mənzildən xilas edərək çıxarkən huşunu itrərək yıxılıb. Murad da köməksiz vəziyyətdə anasının yanında qalıb. Bu zaman binanın dəhlizindən keçən Elşən Məmmədov azyaşlını xilas edərək binadan çıxara bilib.

"Yangın baş verən zaman blokda olan bir azyaşlı uşağı götürüb "20 Yanvar" ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Diaqnostika Mərkəzinə gətirdim. Ordan da uşağı 1 Saylı Şəhər Xəsətəxansının Toksikologiya şöbəsinə apardıq. 2-3 yaşılarında olan bir oğlan uşağı idi", – deyə azyaşlını xilas edən Elşən Məmmədov bildirib.

Muradın anasını isə xilasedicilər xəstəxanya çatdırıb. Mənzildə olan ailənin ağbirçəyinə gəlincə onu xilas etmək mümkün olmayıb. Muradın nənəsi tüstüdən boğularaq dünyasını dəyişib.

Toksikolgoya şöbəsinin müdiri Azər Maqsudovun dediyinə görə, Murad Hüseynovun artıq səhhətində heç bir problem yoxdur. Anasının vəziyyəti isə qənəatbəxşdir.

Xatırladaq ki, ötən gün "İç xəbər"in günorta buraxılışında yanğın zamanı valideynlərindən uzaq düşən, tüstüdən zəhərlənən iki yaşlı uşaqla bağlı xəbər efirə gedən kimi o, qohumlarına qovuşub.

Tarix
2015.05.21 / 01:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla