Yuxarı

Avtoqəzaların əsas səbəbi açıqlandı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil texnologiyalar rabitə, ünsiyyət və informasiya ilə rahat iş olmaqla yanaşı, həm də kədərli yol nəqliyyat hadisəsi statistikasıdır. Məsələn, ABŞ-da yollarda baş verən qəzaların 27 faizi bu və ya digər halda mobil telefonlarla əlaqədardır.

Axar.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, bu, ABŞ Milli Təhlükəsizlik Şurasının 2014-cü il üçün olan statistikasıdır. Tədqiqat "AT&T" mobil rabitə operatorunun sifarişi ilə aparılıb və rəqəmlər çoxları üçün gözlənilməz olub. Məsələn, sürücülərin 61 faizi sükan arxasında SMS yazdığını deyib.

Bundan əlavə, rəyi soruşulanların 22 faizi sükan arxasında hər dəqiqə sosial şəbəkələri yoxlamasını qeyd edərək bunu asılılıq kimi izah edib.

Bildirilir ki, sosial şəbəkələr insan həyatına adi narkomanlıq kimi son qoyan ciddi narkomaniya formasına çevrilib.

Rəyi soruşulan sürücülərin 33 faizi sükan arxasına elektron poçtdan, 28 faizi internet brauzerdən istifadə edir, 27 faizi "selfie" çəkir, 14 faizi "Instagram" şəbəkəsinə fotoşəkillər göndərir.

ABŞ-ın 46 ştatında sükan arxasında SMS yazmaq qanunla qadağandır, lakin yalnız 14 ştatda avtomobili idarə edərkən telefondan istifadə tam qadağan edilib. Analitiklərin fikrincə, mobil asılılığa qalib gəlmək artıq qeyri-mümkündür və qurğuların səbəb olduğu qəzaların qarşısını almaq üçün yeganə üsul sürücüsüz idarə olunan avtomobillərin tətbiqidir.

Tarix
2015.05.22 / 00:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla