Yuxarı

Avropa qarışdı: Rəngli inqilablar yaxınlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Makedoniyadakı hadisələr bu ölkənin Rusiyaya tərəf istiqamət götürməsi və "Türk axını" layihəsini müzakirə etməsi ilə bağlıdır".

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşaviri Makedoniyada fəallaşan albanların Amerika tərəfindən qızışdırıldığını da istisna etməyib:

"Son zamanlar Rusiyanı müdafiə edən Makedoniya hökuməti Rus-Türk axınına qoşulacağını bəyan etmişdi. Məhz bundan sonra ölkədə ciddi narazılıqlar başladı. Bu etirazlar əsasən albanların yaşadığı şimal bölgələrindən başladı və indi də nümayişlərdə iştirak edənlərin böyük əksəriyyəti albanlardır. Deyilənlərə görə, onlar Amerikanın xüsusi xidmət orqanları tərəfindən qızışdırılır və maliyyə yardımı edilir. Burada da məqsəd Makedoniyanı "Türk axını" layihəsini müdafiədən çəkindirmək və ölkədəki mövcud hökuməti dəyişməkdən ibarətdir. Makedoniyanın Baş naziri heç zaman istefaya getməyəcəyini bəyan etsə də, buna baxmayaraq, əhalinin təzyiqləri getdikcə artır və etirazlar yeni şəhərləri bürüyür. Belə olan təqdirdə Makedoniyada vəziyyət başqa istiqamət ala və rəngli inqilab dövrü başlaya bilər. Nəticədə proseslər Ukrayna hadisələrinə oxşar məcraya yönələ və ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər".

Politoloqun sözlərinə görə, inqilaba digər Avropa ölkələrinin dəstək verməsi vəziyyəti daha da çıxılmaz edir:

"Makedoniyada durum olduqca gərgindir. Proseslərə təkcə Amerika yox, eyni zamanda, Avropanın bir çox ölkələri də dəstək verir. Əgər Makedoniyada hakimiyyət dəyişikliyi baş verərsə, buna təəccüblənməməliyik. Avropa Ukraynadan yan keçən rus qazını qəbul etmək istəmir, bunun əksinə hazır olduğunu isə artıq çoxdan bəyan edib. Bütün bunlar və Rusiyanın Avropa birliyini pozmağa çalışması Avropa və Amerikanı çox qəzəbləndirib. Əsas da Çexiya, Macarıstan və Makedoniyanın Rusiyanın "Türk axını" layihəsini müdafiə etməsi. Yəni belə getsə, proseslər tək Makedoniya ilə məhdudlaşmaya və digər ölkələrə də sıçraya bilər".

Qeyd edək ki, Makedoniyada 500 min nəfərə yaxın etnik albanın yaşadığı bölgələrində etirazlar davam edir. Nümayişçilər Baş nazir Nikola Qruevskinin istefa etməyəcəyi və hökumətin buraxılmayacağı təqdirdə etirazlara davam edəcəklərini bildirirlər.

Tarix
2015.05.22 / 09:43
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla