Yuxarı

Riqada şam yeməyi: Məmmədova başsağlığı verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Riqada keçirilən Şərq tərəfdaşlığı sammiti ərəfəsində, mayın 21-də dövlət və hökumət başçıları və nümayəndə heyətlərinin rəhbərləri üçün Latviya Prezidenti Andris Berzinş adından təşkil olunmuş işçi şam yeməyində iştirak edib.

Tədbirə qatılan Avropa İttifaqı Şurasının sədri Donald Tusk bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətinin baş tutduğunu və Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinin müzakirə edildiyini sammit iştirakçılarının diqqətinə çatdırıb. D.Tusk telefon danışığı zamanı Bakıda baş vermiş dəhşətli faciəyə görə Azərbaycanın dövlət başçısına Avropa İttifaqı Şurası adından başsağlığı verdiyini bildirib. O, Prezident İlham Əliyevin Riqa sammitində iştirak edə bilməyəcəyini anladığını və bunu Aİ üzvü ölkələrinin dövlət və hökumət başçılarının diqqətinə çatdırdığını bəyan edib.

Həmin gün Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Riqa sammiti ərəfəsində xarici işlər nazirləri üçün təşkil edilmiş şam yeməyində iştirak edib. Avropa İttifaqının fəaliyyətdə olan sədri, Latviya XİN-in rəhbəri Edqars Rinkeviçş Novruz Məmmədova müraciət edərək Bakıda baş vermiş faciə ilə bağlı Latviya və sədrlik etdiyi toplantı iştirakçıları adından Azərbaycan xalqına başsağlığı verib.

Tarix
2015.05.22 / 02:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla