Yuxarı

ATV-ANS qovğası dərinləşir: Jurnalist dueli – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 20-də ATV-nin efirində yayımlanan "Gündəlik" verilişində aparıcı Mətanət Əliverdiyevanın Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnən dəhşətli faciə barədə "Biz o faciəni lap belə, faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözləri hazırda ANS və ATV kanalları arasında münasibətləri daha da kəskinləşdirib.

Axar.az xəbər verir ki, Mətanət Əliverdiyevanın bu sözlərinə kəskin reaksiya verən ANS şirkəti ötən gün efirdə bir-birinin ardınca M.Əliverdiyevanın bu sözlərini pisləyən süjetlər efirə verib. Bu süjetlərdə isə Mətanət Əliverdiyevanın ünvanına ən kəskin sözlərdən də istifadə edilib.

Ötən gün ATV-nin aparıcısı İlkin Həsənli yazdığı statusla bir az da dərinə gedib: "14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz,onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!".

Bu gün isə tanınmış jurnalist Ləman Ələşrəfqızı özünün Feysbuk səhifəsində cavab yazıb:

"Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun!"

Xatırladaq ki, ANS-in Mətanət Əliverdiyevaya həsr etdiyi ən kəskin süjetlərdən birinin müəllifi Ləman xanımdır.

Tarix
2015.05.22 / 10:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla