Yuxarı

Rusiya təhlükəsi: İsveç ərazilərini minalayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Qotland adasına mümkün təhlükədən qorunmaq üçün minalar basdırmalıyıq".

Axar.az xəbər verir ki, bu barədə İsveç Xalq Partiyasının üzvü Ulf Klasson açıqlama verib.

Klasson Qotlandın Baltikdə önəmli strateji baza olduğunu bildirib:

"Qotlandın üç limanı - Slit, Klinteham və Visbi yaxınlığında xüsusi boşluqlar meydana gətirməliyik. Bu boşluqlara lazım olduğu zaman minalar basdırıb, düşmənin (Rusiya nəzərdə tutulur) mümkün hücumunun qarşısını müvəqqəti də olsa, ala bilərik".

İsveç Müdafiə İnstitutunun rektoru Karlis Neretniks isə adaya əsgər göndərməyin tərafdarı olduğunu açıqlayıb:

"Adaya ən azı 1500 əsgər, 20-30 tank, 50 zirehli texnika, kiçik topçu tabor və 200 nəfərlik zenit batareyası yerləşdirilməlidir".

Qeyd edək ki, Qotland Baltik dənizində yerləşir və İsveçin 25 kantorundan biridir. Adada hərbi qüvvələr yoxdur və hazırda turistlərin ən çox diqqətini cəlb edən ərazidir.

Tarix
2015.05.22 / 10:38
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla