Yuxarı

Mətanət qalmaqalına peşəkardan reaksiya: “Etik deyil”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən bunu normal hesab eləmirəm, etikaya uyğun deyil".

Bu sözləri tanınmış jurnalist, professor Qulu Məhərrəmli Mətanət Əliverdiyevanın 19 mayda Binəqədi ərazisindəki yaşayış binasında baş verən yanğınla bağlı "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil, bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözləri və ANS kanalıyla ATV kanalı arasında böyüyən qalmaqalla bağlı Axar.az-a danışarkən deyib:

"Bizim televiziyalar və bəzi reportyorlar çox fürsətcildirlər. Mən elə hesab edirəm ki, bu məsələni o qədər də qabartmağa ehtiyac yox idi. Çünki bir məsələ əndazəni aşanda, artıq başqa bir keyfiyyət qazanır. Düzdü, aparıcı xanım çox yanlış olaraq o ifadələri işlədib. Amma bunu şişirtməklə – aparıcının fikirləri önə çəkilməklə məsələnin əsas mahiyyətini yaddan çıxarırlar. Mən bunu normal hesab eləmirəm, etikaya uyğun deyil. Bilirsiniz ki, televiziyalarımız bərbad gündədir. Orada – kanallarımızda çalışanların peşəkarlığı aşağı səviyyədədir, ona görə də belə mövzuları gündəmdə saxlamaq istəyirlər. Hesab edirəm ki, bu məsələləri şişirtmək də etikaya uyğun deyil".

Qeyd edək ki, aparıcı Mətanətin Binəqədi rayonundakı 16 mərtəbəli binanın yanması ilə bağlı ATV kanalında yayımlanan "Gündəlik" verilişində "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil, bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözlərindən sonra sosial şəbəkələrdəki sərt tənqid kampaniyasına ANS telekanalı da qoşulub və hazırda iki kanal arasında qalmaqal yaşanır.

Tarix
2015.05.22 / 11:39
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla