Yuxarı

15 nəfəri yandıranları neçə il həbs gözləyir? – Cəza

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 15 nəfərin öldüyü yanğınla bağlı tutulanların ittiham olunduğu maddələrə görə gözlənilən cəzaları açıqlanıb.

Axar.az-ın xəbərinə görə, həbs edilən 5 nəfər Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər.

Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsinə görə təqsirləndirilən şəxslər 3 ilədək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Cinayət Məcəlləsinin 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinə görə isə 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla, 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət Məcəlləsinin 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə açılan cinayət işinə görə isə 5 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. "Global Construction" şirkətinin rəhbəri Miryusif Mahmudov da məlum hadisəyə görə saxlanılıb.

Tarix
2015.05.22 / 15:40
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla