Yuxarı

Bakı-2015: Məşəl Ağdaşda - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 22-də "Bakı-2015" ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonuna gətirilib.

Axar.az xəbər verir ki, Ağdaş şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.

Avropa Oyunlarının rəmzi qapısında məşəli məşqçi-müəllim Rüstəm Şamilov qəbul etdi. O, bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olduğu üçün qürur hissi keçirdiyini bildirərək dedi: "Birinci Avropa Oyunlarının məşəlini Ağdaşda qəbul etmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizdə fərəh hissi oyadır".

Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə 3 kilometr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev Meydanına gəldilər.

Rayonun fəal gənclərindən biri, tələbə Səbinə Əlipaşayeva səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Məşəldən götürülmüş alovla yandırılan "Bakı-2015"-in çırağı rayon ictimaiyyətinə təqdim edildi. Boks üzrə üçqat Azərbaycan çempionu Rüfət Nəbiyev tərəfindən yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verildi.

Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Məşəli qarşılayanlar arasında olan Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev bu əlamətdar hadisədən aldığı təəssüratı bölüşüb:

"Bu gün həqiqətən də qürurverici anlar yaşayırıq. Hesab edirəm ki, bu möhtəşəm tədbir ölkəmizin dünyaya daha geniş tanıdılması işinə əvəzsiz töhfə verəcək. İnanıram ki, belə möhtəşəm tədbirlər tezliklə doğma Qarabağımızda da təşkil ediləcək".

Ağdaş şəhər 7 saylı tam orta məktəbin müəllimi Leyla Bayramova isə dedi: "Gənc müstəqil ölkə olan Azərbaycan hər sahədə, o cümlədən idman sahəsində sürətlə inkişaf edir. İdmançılarımız beynəlxalq yarışlarda üçrəngli bayrağımızı dalğalandırır, Vətənə medallar gətirir, Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, dövlətimizin başçısının apardığı siyasət nəticəsində mümkün olub. Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk".

Tarix
2015.05.22 / 15:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla