Yuxarı

Avtomobilini texniki baxışdan keçirənlər - Diqqət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün belə bir məlumat yayılır ki, guya ki, avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə də sənəd təqdim etməli olacaqlar".

Axar.az xəbər verir ki, bu açıqlama ilə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov çıxış edib. O, yol vergisi ilə bağlı yaranmış fikir ayrılığına aydınlıq gətirib:

"Bu gün belə bir məlumat yayılır ki, guya ki, avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə də sənəd təqdim etməli olacaqlar. Məlumata görə, bu barədə məsələ parlamentin mayın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb. Nəzərinizə çatdırıram ki, bu məlumat yanlışdır, daha doğrusu, hər şey əksinədir. Bilirsiniz ki, Vergi Məcəlləsinə dəyişiklik edilərək, 1 yanvar 2015-ci il tarixdən ölkədə daimi qeydiyyatda olan avtomobillərə görə yol vergisi ləğv olundu. Amma "Yol hərəkəti haqqında" qanunun 30-cu maddəsində texniki baxış zamanı tələb olunan sənədlərin siyahısı əvvəlki kimi qalırdı. Həmin siyahıda olan sənədlərdən biri yol vergisinin ödənilməsinə dair sənəd idi. Parlament bu qanunu Vergi Məcəlləsinə uyğunlaşdırmaq üçün yol vergisinin ödənilməsinə dair sənədlə bağlı müddəanı qanundan çıxaracaq. Dəyişiklik əslində bu olmalıdır".

Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı fərmanla Azərbaycanda yol vergisi ləğv olunub.

Tarix
2015.05.22 / 16:03
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla