Yuxarı

İsveç Avroviziya-2015-in qalibi oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:12

Avstriyanın paytaxtı Vyanada Avroviziya-2015 mahnı yarışmasının final mərhələsi başlayıb.

Axar.az xəbər verir ki, Azərbaycanın Avroviziya-2015 təmsilçisi Elnur Hüseynov səhnəyə iyirmi dördüncü nömrə altında çıxacaq. O, "Hour of the wolf" ("Qurd zamanı") mahnısını səsləndirəcək.

Bukmeykerlər Elnur Hüseynovun yarışmada 9-cu yeri tutacağını bildirirlər.

Finalda iştirak edən ölkələr isə bunlardır: Sloveniya, Fransa, İsrail, Estoniya, İngiltərə, Ermənistan, Litva, Serbiya, Norveç, İsveç, Cənubi Kipr, Avstraliya, Belçika, Avstriya, Yunanıstan, Çernoqoriya, Almaniya, Polşa, Latviya, Rumıniya, İspaniya, Macarıstan, Azərbaycan, Gürcüstan, Rusiya, Albaniya, İtaliya.

***

Təmsilçimiz Elnur Hüseynov az öncə "Avroviziya-2015" mahnı müsabiqəsinin final mərhələsində "Hour of the wolf" ("Qurd zamanı") mahnısını uğurla səsləndirib və alqışlarla səhnəni tərk edib.

02:13

27-ci sırada çıxış edən İtaliya təmsilçilərindən sonra ifalar tamamlanıb. "Avroviziya-2015" mahnı müsabiqəsinin səsvermə mərhələsi başlayıb. Qeyd edək ki, müsabiqənin qalibi tamaşaçıların və peşəkar münsiflərin səsləri əsasında müəyyənləşəcək.

02:41

Artıq səsvermə başa çatıb və az sonra nəticələr açıqlanacaq.

***

Azərbaycan səs verdi: 8 xal İtaliya, 10 xal Gürcüstan, 12 xal isə Rusiyaya.

***

Elnur hazırda səsvermə nəticəsində 13-cü yerdədir. Birinci yerdə olan Rusiya təmsilçisinin 236, Azərbaycan təmsilçisinin isə 39 xalı var.

***

Hazırda İsveç 287 xalla liderdir. Onu 256 xalla Rusiya izləyir.

03:45

Avroviziya-2015 mahnı müsabiqəsinin qalibi "Heroes" mahnısı ilə İsveç təmsilçisi Mons Zelmerlev olub. O, 377 xal toplayıb.

Rusiya 2-ci, İtaliya 3-cü olub.

Azərbaycan isə 49 xalla 12-ci yeri tutub. Azərbaycana səs verən ölkələr bunlardır:

Çexiya - 12 xal

Gürcüstan - 10

Çernoqoriya - 8 xal

Malta - 8 xal

Rusiya - 3 xal

Rumıniya - 3 xal

Moldova - 3 xal

Litva - 2 xal

Tarix
2015.05.24 / 03:40
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla