Yuxarı

Prosineçkinin heyətində kim var? – Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Axar.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki iyunun 7-də Serbiya ilə keçirəcəyi yoldaşlıq oyunu və Avro-2016-nın seçmə oyununda iyunun 12-də Norveçə qarşı baş tutacaq qarşılaşma üçün heyəti müəyyənləşdirib.

Xorvatiyalı mütəxəssis 2 matça 25 oyunçu çağırıb. Prosineçki ilk dəfə "Neftçi"nin üzvlərinə də dəvət göndərib. Bu dəfə onun siyahısında Aqil Məmmədovla Araz Abdullayev yer alıb. Milliləşən ukraynalı Pavel Paşayev də qarşıdakı oyunlara dəvət edilib. Millidə rəsmi matça çıxmayan Elnur Cəfərov və Elvin Camalov da 25 futbolçudan ibarət siyahıya daxil edilib. Prosineçkinin 2015-ci ildə sınayıb, bu dəfə lazım bilmədiyi "11-lik"də Andrey Popoviç, Namiq Ələsgərov, Eddi İsrafilov, Mahir Şükürov, Vaqif Cavadov, Səlahət Ağayev, Ağabala Ramazanov, Anton Krivotsyuk, Orxan Əliyev, Rəşad Eyyubov, Rəşad Sadiqov yer alıblar.

Qapıçılar: Kamran Ağayev ("Kayserispor", Türkiyə), Aqil Məmmədov ("Neftçi"), Emil Balayev ("Ayntraxt", Frankfurt, Almaniya) Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı "Qarabağ"), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (hər ikisi "İnter"), Ruslan Abışov ("Qəbələ"), Pavel Paşayev ("Metallurq", Zaporojye, Ukrayna), Yarımmüdafiəçilər: Qara Qarayev, Cavid Tağıyev (hər ikisi "Qarabağ"), Elvin Camalov, Cavid Hüseynov (hər ikisi "Qəbələ"), Coşqun Diniyev, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı "İnter"), Dmitri Nazarov ("Karlsrue", Almaniya), Tuğrul Erat ("Fortuna Dusseldorf, Almaniya), Ruslan Qurbanov ("Hayduk", Split, Xorvatiya), Araz Abdullayev ("Neftçi"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran") Hücumçular: Elnur Cəfərov ("Xəzər Lənkəran"), Vüqar Nadirov ("Qarabağ"), Məhəmməd Qurbanov ("Sumqayıt")

Tarix
2015.05.24 / 01:13
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla