Yuxarı

"Bəzi müğənnilərin intellekti çox aşağıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov son günlər yenidən gündəmə gələn aparıcıların səviyyəsi və mədəniyyəti məsələsinə münasibət bildirib.

N.Cəfərov Trend-ə bildirib ki, aparıcıların səviyyəsi və mədəniyyəti məsələsi həmişə problemdir.

O qeyd edib ki, aparıcı televiziyanın simasıdır: "Bəd xəbər də olsa, şad xəbər də olsa, aparıcının şəxsiyyəti olmalıdır, burada birinci növbədə televiziyanın siması müəyyənləşdirilir. İndi bizdə bu sahədə xüsusi bir məktəb yoxdur".

Dünya praktikasından misal gətirən N.Cəfərov vürğulayıb ki, dünyada hər bir televiziyanın daxilində aparıcını yetişdirən məktəb var:

"Televiziyada aparıcıların üzərində hər zaman nəzarət olur, o cümlədən onların hərəkətləri, reaksiyaları təhlil olunur. Düzdür, Azərbaycanda bu sahədə müəyyən qədər inkişaf var, amma buna baxmayaraq, yenə də bu problem qalmaqdadır".

N.Cəfərov bir məqama da toxunub. Bu da telekanalların aparıcıların ya müğənni, ya da incəsənət adamı olmasına üstünlük verməsidir:

"Bu da istər-istəməz problem yaradır. Çünki bir çox müğənninin intellekt səviyyəsi çox aşağıdır, səbəbi də odur ki, onlar aparıcılıq məktəbi görmürlər, sadəcə oxumaq istedadlarına görə gəlirlər və onların təfəkkürü lazımi zənginlikdə olmur. Yaxşı aparıcı olmaq üçün ictimai, siyasi, ideoloji təfəkkür lazımdır".

N.Cəfərov onu da qeyd edib ki, aparıcılarda bir az şitlik çox olur, xüsusilə də qadın aparıcılarda: "Kişi aparıcılar nisbətən normaldırlar, müəyyən qədər gözləyirlər".

Tarix
2015.05.24 / 11:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla