Yuxarı

Avropa Şurası türkcǝni rǝsmi dil kimi qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasında artıq türkcǝdǝn dǝ rǝsmi dil kimi istifadǝ olunacaq.

AzərTac xəbər verir ki, Şuranın Daimi Komissiyası Sarayevoda keçirdiyi yığıncaqda Türkiyǝ barǝdǝ iki önǝmli qǝrar qǝbul edib.

Avropa Şurası Parlament Assambleyası türkcǝni rǝsmi çalışma dili qǝbul edǝn vǝ Türkiyǝnin üzv sayını 12-dǝn 18-ǝ çıxarmağı nǝzǝrǝ alan qanunu tǝsdiqlǝyib. Bununla da Türkiyǝ Avropa Şurası Parlament Assambleyasında İngiltǝrǝ, Fransa, Almaniya, İtaliya vǝ Rusiya kimi 18 deputatla tǝmsil olunacaq. Qǝrarın qǝbul edilmǝsinǝ Türkiyǝnin Avropada ǝhali sayının ǝn çox olduğu üçüncü ölkǝ olması öz tǝsirini göstǝrib.

Daimi Komissiya ayrıca italyanca, rusca vǝ almancadan sonra türkcǝni dǝ rǝsmi iş dili olaraq qǝbul edib. Türkcǝnin rǝsmi dil olması ilǝ iclaslardakı fǝaliyyǝtlǝr vǝ sǝnǝdlǝr türkcǝyǝ tǝrcümǝ edilǝcǝk. Həmçinin türkiyəli deputatlar iclaslarda türkcǝ çıxış edǝ bilǝcǝklǝr.

Qǝrarı Avropa Şurası Nümayǝndǝlǝr Komitǝsinin iyun ayında "formal" olaraq tǝsdiq etmǝsi gözlǝnilir.

Tarix
2015.05.24 / 11:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla