Yuxarı

Bu yollarda təmir yekunlaşır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmirlə əlaqədar olaraq bağlı olan iki əsas prospekti birləşdirən küçədə aparılan işlər yekunlaşmaq üzrədir.

"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilir. Yenidənqurma işlərindən biri Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində həyata keçirilir. Burda əsaslı təmir işləri kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

Küçənin ümumi uzunluğu 2200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınır. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirilib.Artıq küçə frezlənib və yeni asfalt-beton örtüyünün vurulması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə burda 45 min kvadrat metr sahəyə asfalt vurulacaq.

Səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçiriləcək.

Artıq küçə boyu 8200 paqon-metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

Ərazidə kommunikasiya, xüsusən də su, qaz, işıq və rabitə xətlərinin çəkilişi ilə məşğul olan qurumlar da qazıntı işləri apararaq, yeni xətlərin çəkilişi işlərini həyata keçirirlər. Təbii ki, iki böyük prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.

Qeyd edək ki, yenidənqurma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edib. Təmir-tikinti işləri bitəndən sonra küçə tam yeni görkəm alacaq.

Tarix
2015.05.25 / 11:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla