Yuxarı

Velosipedçilər Sumqayıtda tütünə qarşı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 24-də "Tütünsüz ay" çərçivəsində Sumqayıt şəhərində Sumqayıt şəhəri Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ilk veloyürüş baş tutub.

Axar.az xəbər verir ki, 31 may Ümumdünya Tütünlə Mübarizə Günü ilə bağlı "Sağlam düşüncə" gənclər təşkilatı və "Təbiət dostları" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 50-ə yaxın velosipedçi iştirak edib. Yürüş iştirakçıları "01-31 may - Tütünsüz ay" şüarı əks olunmuş köynəklərdə aksiyanın ideyasını təbliğ ediblər. Veloyürüş Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzinin qarşısından başlayaraq Nəsimi Parkında yekunlaşıb. Saat 12:00-da başlayan, təhlükəsizliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən təmin edilən veloyürüş marşrutunun ümumi uzunluğu Sumqayıt şəhərinin mərkəzi küçələrində keçməklə 15 km məsafəni əhatə edib. Sumqayıtda keçirilən tədbirin tərəfdaşları sırasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, "ASAN Könüllülər" Gənclər Təşkilatı, MADO Azərbaycan yer alıb.

Qeyd edək ki, növbəti veloyürüş mayın 31-də Bakıda təşkil olunacaq.

Tarix
2015.05.25 / 12:05
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla