Yuxarı

Dövlət qulluqçularının pensiya məbləği açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu Mingəçevirdə regional "Açıq qapı günü"-vətəndaş forumu keçirib.

Fonddan Axar.az-a verilən məlumata görə, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılan vətəndaş forumunda sığortaolunanların və pensiyaçıların çoxsaylı suallarına aydınlıq gətirilib.

Tədbirdə Mingəçevir, Yevlax şəhərlərinin və Oğuz rayonunun sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edib. Dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılan vətəndaş forumunda sığortaolunanların və pensiyaçıların çoxsaylı suallarına aydınlıq gətirilib.

Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunub.

1 aprel 2015-ci il tarixə olan statistikaya əsasən, ölkədə dövlət qulluqçusu kimi pensiya alanların sayı 14 103 nəfər təşkil edir. Onların 61,1 faizi yaşa görə, 25,9 faizi əlilliyə görə, 13 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 68,8 faizi kişilər, 31,2 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 486,1 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir.

Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır.

Təqdimatla çıxış edən Fondun əməkdaşı Azəri Məmmədov dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib. Dövlət qulluqçusunun müraciət etdiyi vaxt mövcud olmayan vəzifələrin uyğunlaşdırma siyahısında nəzərdə tutulmayan vəzifələr, xidmət illərinə görə qulluq əlavəsinin faizləri, ixtisas dərəcəsi əlavəsinin nəzərə alınması, işləyən dövlət qulluqçularına əlavələrin ödəniş qaydası və digər bu kimi məsələlər barədə iştirakçılarla geniş izahat aparılıb.

Tarix
2015.05.25 / 13:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla