Yuxarı

İtmiş sivilizasiya: Mu qitəsi - Araşdırma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mu ölkəsində 10 xalq vardı".

Platon, "Taymeus ve Qritias" əsəri

Mu qitəsi bir zamanlar Sakit okeanda mövcud olmuş, 12-14 min il əvvəl yeraltı təkanlar nəticəsində okeanın dərinliklərində qeybə çəkilən sivilizasiyanın adıdır. Elmi fərziyyələrə görə, Mu qitəsi Avstraliya materikindən iki dəfə böyük olub. Bu qitədə 50-70 min il əvvəl sivilizasiya ən yüksək həddə çatıb. 20-ci yüzilliyin əvvəllərinə qədər Mu qitəsi ilə bağlı bütün bilgilər folklor müstəvisində idi və bu qitə haqqında bütün deyilənlər mif və əfsanə hesab olunurdu. İlk dəfə ingilis alimi Ceyms Çööçvad bu qitə haqqında elmi araşdırmalara başladı və 50 illik araşdırma sonucunda itmiş qitə və onun qeyb olmuş mədəniyyəti haqqında elmi dəlillərlə çıxış etdi. Çeyms Çööçvadın 50 illik araşdırmalarından sonra Mu mövzusu ciddi elmi araşdırmaların obyektinə çevrildi.

Mu qitəsinin ilk elmi araşdırmaçısı Ceyms Çööçvad 1868-ci ildə Hindistana gəlir. O, buraya araşdırma üçün gəlməmişdi, Hindistanda meydana çıxan qıtlıqla əlaqədar ingilis dövləti tərəfindən yardım etmək məqsədi ilə göndərilmişdi. O, burada Riçi adlı bir baş rahiblə tanış olur. Baş rahib Riçi əski mədəniyyətlər üzrə çox bilgili olmaqla bərabər, əski mədəniyyətlərə aid zəngin yazılı arxivə sahib idi. Axşamların birində baş rahib tərəfindən qonaq çağırılan Ceyms Çööçvad, otaqda əski əlyazmaların olduğunu görür. Baş kahindən bunların nə ilə bağlı olduğunu soruşduqda, Riçi onların min illər əvvəl mövcud olmuş Mu qitəsinin tarixi olduğunu deyir. Yazılar haqqında bir neçə sual verdikdən sonra bu mövzu Ceyms Çööçvada olduqca maraqlı gəlir. Bundan sonra o, bu yazıları oxumağı və Mu mədəniyyətini öyrənmək üçün 12 il baş rahib Riçinin yanında qalır. Ondan Mu dilini və əlifbasını öyrənir. Bundan sonra monastrda mövcud olan minlərlə yazılı əski sənədləri oxumağa, dünya mədəniyyətinin ilkin qaynağını öyrənməyə başlayır. O, Hindistanda mövcud olan əski yazılı xəzinəni öyrənməklə yetinməyib, Altay ərazisində, Uralda, Orta Asiyada və digər yerlərdə araşdırmalar aparır. Bu müddətdə mayyalıların dilini, sanskrit dilini və digər bir neçə əski dilləri və əlifbaları öyrənir. Meksikada Mayyalılara aid minlərlə sənədi, bişmiş lövhələr üzərində yazılmış, minillərlə yaşı olan mətnləri gözdən keçirir, Misirdə əski qaynaqlarla tanış olur. Bütün bu inadlı və ardıcıl çalışmalar isə 50 il davam edir. 1930-cu illərdə Ceyms Çööçvad 50 illik araşdırmaların sonucu olaraq qeyb olmuş Mu qitəsi və Mu mədəniyyəti ilə bağlı 4 cildlik əsər yazıb çap etdirir. Bunlar dünya xalqlarının ilkin mədəniyyət beşiyi olan Mu qitəsi ilə bağlı ilk elmi araşdırmalar idi:

1. "Mu qitəsinin övladları"

2. "Qeyb olmuş Mu qitəsi"

3. "Mu qitəsinin müqəddəs əsərləri"

4. "Mu qitəsinin kosmik gücləri"

Ceyms Çööçvadın araşdırmalarına görə Mu qitəsi Sakit okeanın böyük hissəsini əhatə edirdi. Qitənin doğudan batıya uzunluğu 8 min kilometr, quzeydən güneyə doğru eni isə 5 min kilometr olmuşdur.

Mu qitəsində inanc sistemi də günümüz üçün çox maraqlıdır. Muda yaşayan insanlar Tanrının tək olduğu inancındaydı və onlar Günəşi Tanrının simvolu olaraq görürdülər. Maraqlı olan məqam da budur ki, onların dilində Tanrının adı Ra idi. Günəşi Tanrının simvolu olaraq gördükləri üçün Mu qitəsinə Günəş İmperatorluğu da deyilməkdədi. Ra adının Günəş tanrısı olaraq əski mədəniyyətlərdə sıx-sıx göründüyünü bilirik.

Mu qitəsi ilə bağlı elmi araşdırmalar ingilis alimi ilə başladı, lakin onunla bitmədi. Bu yöndə axtarış bəzi araşdırmaçılar tərəfindən davam etdirildi. Onların qeyb olmuş bu qitə ilə bağlı fərqli araşdırmaları və mövqeyi olsa da bütün araşdırmaçıları birləşdirən ortaq sonuclar var.

Mu qitəsi araşdırmaçıların ortaq qənaətləri əsasən bunlardır:

-Yer üzündə ilk sivilizasiya Mu qitəsində meydana gəlib.

-Mu qitəsi indiki Avstraliya qitəsindən, təxminən, 2 dəfə böyük olub.

-Qitə yeraltı qaz partlayışları nəticəsində 12-14 min il əvvəl okeanın dərinliklərində qeyb olmuşdur. Bu qeybolma sonucunda 60 milyondan artıq insan okeanın dərinliklərində qərq olub.

-Mu qitəsində 70 min il öncə tək tanrılı din mövcud olub.

-Qitədə dörd ayrı irq yaşayıb. Bu dörd irqin hər birinin ayrı əlifbası olub, lakin qitənin əhalisi eyni dildə danışıb.

-Mu qitəsində yaşayan insanlar çağdaş dövrümüzün insanlarından daha üstün yetənəklərə sahib olublar.

-"Ra" sözü Günəş anlamında işlənirdi və günəşin simvolu dairə idi. Bu dairə həm də "O" dedikləri Tanrını ifadə edirdi. Mu qitəsinin imperatoru "Munun Günəşi" anlamını verən "Ra Mu" adlanırdı. Ra sözü sonralar digər qitələrə, eləcə də Misirə keçib.

-Mu qitəsində 200 min il mədəniyyət mövcud olub və bu mədəniyyət 50-70 min il öncə ən yüksək səviyyəyə çatıb.

Ceyms Çööçvadın 1930-cu illərin əvvəllərində Mu qitəsi ilə bağlı çap olunan 4 cildlik əsərindən Atatürk xəbər tutur. Və dərhal bu kitabların Türkiyə türkcəsinə tərcümə olunması üçün göstəriş verir. Əsəri 60 nəfər tərcüməçi qısa zaman içərisində tərcümə edir. Əsərlə yaxından tanış olan Atatürk Mu qitəsini dərindən araşdırmaq qərarına gəlir və Təhsin Mayatəpəki bu iş üçün görəvləndirir.

Təhsin Mayatəpək 1882-ci ildə Ədirnədə anadan olmuşdu. Atası Osmanlı ordusunun paşalarından olan Kara Ömər Vəhbi paşa idi. O, Osmanlı sultanları ilə qohum idi. Belə ki, Təhsin Mayatəpəkin xanımı Türkan Sultan, Sultan Vəhdəddinin qızı Naciyə Sultanın və məşhur türk paşası Ənvər paşanın qızı idi.

Təhsin Mayatəpək 1935-ci ildə Atatürk tərəfindən Meksikaya səfir olaraq göndərilir. Məqsəd, Mayya mədəniyyətini və Mu sivilizasiyasını öyrənmək, türklərin əcdadlarının Mayyalılarla və Mu qitəsi ilə nə dərəcədə əlaqəsi olduğunu üzə çıxarmaq idi. Meksikaya elçi olaraq gələn Təhsin Mayatəpək Mayya mədəniyyətini araşdırmağa başlayır. Maraqlı sonuclarla rastlanır. Mayyalıların dilində çağdaş türkcədə işlənən yüzlərlə söz var idi. Mayatəpək soyadını da məhz burada çalışdığı dönəmdə götürür. Türklərin "təpə" dediyi varlığa mayyalılar "təpək" deyirdi. Bundan ilhamlanaraq "Maya" və "təpək" sözünü birləşdirərək özünə "Mayatəpək" soyadını götürür. Bu adın ona Atatürk tərəfindən verildiyi də deyilir. O vaxta qədər onun soyadı nəslinin soyadına uyğun olaraq Sərhoşoğlu idi.

O, Meksikada maraqlı faktlarla qarşılaşır. Burada on min illərlə yaşı olan lövhə üzərindəki yazılarla və işarələrlə tanış olur. Mayyalıların ay-ulduz simvolundan istifadə etdiklərini, kültürlərində Şamanizm kültürünün izlərinin olduğunu görür və çox təəccüblənir. Meksikada çalışdığı 3 illik zaman (1935-1938) ərzində Təhsin Mayatəpək gördüklərini və araşdırmalarını müntəzəm olaraq raport şəklində həm Atatürkə, həm də Türk Dil və Tarix Qurumuna göndərir. Onun göndərdiyi raportlar 3 cildlik kitab halında toplanmışdı. Təhsin Mayatəpəkin göndərdiyi 3 cildlik əlyazmanın 3-cü cildinin də taleyi Mu qitəsinin taleyi kimi itkin olur. 1970-ci illərdə əlyazmanın 3-cü cildi Türk Dil Qurumunun arxivindən yoxa çıxır. Bu cilddə əski Mayya inacları, ibadət və tapınaqları ilə türk inanclarının oxşarlığından bəhs olunurdu.

Meksikada tapılan bişmiş lövhələr Mu qitəsinin izinə düşmək üçün Təhsin Mayatəpəkə yardımçı oldu.Amerikalı geoloq Vilyam Niven 1920-ci illərdən başlayaraq Müksikada axtarış aparmağa başlamışdı. Lakin uzun illər keçməsinə baxmayaraq lövhələrin üzərinə yazılanların sirrini çözə bilməmişdi. Əski mədəniyyətin sirlərini özündə gizləyən lövhələrin bəzilərinin 12 min il yaşı vardı. Bu lövhələri ilk dəfə oxuyan Ceyms Çööçvad oldu. O, bu lövhələrə dayanaq kəsinliklə söyləyirdi ki, əski dünyada bizdən daha üstün insanlar və daha yüksək mədəniyyət mövcud olmuşdur. Bu lövhələr əslində bizim bildiyimiz əski Hind, Babil, Şumer, Misir, Mayya və türk mədəniyyətlərinin Mu mədəniyyətinin zəif qalıqları olduğunu bəlli edir. Bu tapıntılar Mu mədəniyyətinin bütün mədəniyyətlərin anası, ilk beşiyi olduğunu təsdiq edirdi. Bu məqamda Təhsin Mayatəpəkin qarşısında duran sual bu idi: Ən əski mədəniyyətin – Mu mədəniyyətinin əski türk mədəniyyəti ilə nə kimi bağları var? O, Türkiyəyə göndərdiyi raportların birində yazırdı: "70 min il öncə, ərzin üçüncü dövrəsində Mudan çıxan yüksək elm sahibi olan insanlar üç ayrı-ayrı yol seçdilər. Onlar Asiya, Avropa və Afrika qitələrinə yayıldılar və yüksək mədəniyyəti özləri ilə getdikləri yerlərə apardılar. Birinci qol Mu qitəsindən Mayya adıyla çıxaraq, Asiyanın şərqində Uyğur adı alan Mu övladları idi". Ceyms Çööçvad da Mayyalıların və Uyğurların köklərinin Mu qitəsindən gəldiyinin və dünyaya mədəniyyətin ilk dəfə onlar tərəfindən yayılması fikrinin tərəfdarıdır.

Təhsin Mayatəpək raportuna davam edərək yazırdı: "Uyğurlar Asiyanın şərq ucqarlarına gəmilərlə çıxaraq, oradan Orta Asiyaya, balkanlara və nəhayət, Britaniyanın, İspanıyanın quzeyinə qədər yayılmışlar. Beləcə, Asiyadan Avropanın qərb ucqarlarına qədər Mu mədəniyyətini, başqa deyimlə, əski türk mədəniyyətini yaymışlar". Təhsin Mayatəpək öz raportlarında təkcə Ceyms Çööçvadın araşdırmalarına əsaslanmırdı. O Mayya dilini incələyir və bu dillə türk dili arasında oxşar və ya eyni olan yüzlərlə sözü örnək olaraq göstərirdi.

Türklərin ilk yurdu Mu ola bilərdimi?

Təhsin Mayatəpək Ceyms Çööçvadın araşdırmalarına, yazdıqlarına və arxeoloji axtarışlar zamanı üzə çıxan lövhələrin verdiyi bilgilərə əsaslanaraq raportunda yazırdı: "Əski türklərin ilk vətəni və kökəni indiyə qədər bildiyimizin əksinə olaraq Orta Asiya deyildir. Sakit okeanda 200 min il öz mövcudluğunu qoruyub-saxlamış və sonra okeanda batmış Mu qitəsi olmuşdur. Onlar Mu qitəsindən Orta Asiyaya, Mesopotamiyaya, Misirə gəlmiş və burada Mu qitəsinin yüksək mədəniyyətini, inkişaf etmiş dilini və inanclarnı yaymışlar". Bir qədər sonra isə belə davam edir: "...Bu insanların bir qismi Hindistanın qərbindən gəmilərlə Bəsrə körfəzinin şimalında, Fərat çayının deltasına girərək, sonralar bu yerlərdə Akkad və bir qədər şimalda isə Şumer adıyla tanınmışdılar".

Sonralar Türkiyə araşdırmaçıları Sinan Meydan, Muazzez İlmiyyə Çığ və başqaları bu yöndə araşdırmaları uğurla davam etdirmişdir.

Mayya və Azərbaycan dilində oxşar sözlər

Mayya və türk dilində, eləcə də Azərbaycan dilində işlənən yüzlərlə oxşar və ya ortaq sözlər var. Onlardan bəzilərinə diqqət edək:

1. Axal - axıntı, su axıntısı, göl

2. Akaan - su basqını, sel

3. Baat - balta

4. Bal - baldız

5. Bik - bükülmüş, bürülmüş

6. çakav - atəş, od, yandırmaq

7. əlkaab - barmaq (əl barmağı)

8. əloox - ayaq barmağı

9. emən - enmək

10. qalaan – 1.qalmaq yeri, 2.zindan

11. kar - qar

12. Kin - 1.Günəş, 2. gün, çağ

13. kabah – qabağ, ön tərəf, irəli

14. Kuç - 1. güc, qüvvət, 2. Dirəniş

15. Son - son, sonuc

16. Sulan – sulanmaq, suya batırmaq, yaxalamaq

17. Tasah - daşımaq, gətirmək

18. Tuy - tük, saç

19. Yalat - 1. yalamaq, 2. dadına baxmaq

20. Yax kin - yaz mövsümü və sair

Mu mədəniyyətinin varlığını sübut edən faktlar Mu ilə bağlı deyilənlərin əfsanə olmadığını sübut etməkdədir. Onlardan bəzilərinə diqqət edək:

- Sakit okeanda bir zamanlar Mu qitəsinin mövcud olduğu ərazilərdə varlığını qoruyub saxlayan bəzi adaların mağaralarında yaşı yüz min illərlə ölçülən rəsmlər tapılmışdır.

- Burada bir zamanlar tapınaq olduğu ehtimal edilən qalıqlara rast gəliib.

- Ərazidə su altında hündürlüyü on metrdən yüksək olan piramidalar aşkar edilib.

- Sakit okeanda yerləşən Paxa adasında tonlarla ağırlığı olan heykəllər və heykəl qalıqları tapılıb.

- Barneo adasında 38 min il yaşı olduğu təxmin edilən qumaş parça qalıqları aşkarlanıb və s.

Göründüyü kimi, bu mövzu kifayət qədər ciddi və əhəmiyyətlidir. Mu qitəsinin varlığını, Mayya mədəniyyətini, əski Şumer və Akkad sivilizasiyanı və digərlərini dərindən öyrənmək, elmi araşdırmalar aparmaq və Azərbaycan mədəniyyətinin bu əski mədəniyyətlərlə bizə qaranlıq olan bağlarını aşkara çıxarmaq üçün ciddi araşdırmalara başlamağın zamanıdır. İtmiş Mu sivilizasiyasında dövlətimiz və millətimiz üçün çox faydalı ola biləcək xeyli tapıntılar üzə çıxarmaq olar.

strateq.az

Tarix
2015.05.25 / 14:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla