Yuxarı

Lavrov-Məmmədyarov görüşü başladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri - Sergey Lavrov və Elmar Məmmədyarov arasında ikitərəfli görüş başlayıb.

APA-nın xəbərinə görə, S. Lavrov görüşün əvvəlində Bakıda yaşayış binasında baş vermiş faciə ilə əlaqədar Azərbaycan tərəfinə başsağlığı verib.

Rusiyalı nazir iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib: "Bugünkü görüşümüz çox məhsuldar olacaq. Görüşdə ikitərəfli münasibətlərin geniş spektri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə ediləcək".

E. Məmmədyarov Moskvada səfərdə olmasından məmnunluğunu ifadə edib. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən nazir Rusiya ilə Azərbaycan arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb: "Hər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildən ilə artır. Ölkələr arasında beynəlxalq tədbirlərdə də səmərəli əməkdaşlıq mövcuddur".

Daha sonra görüş bağlı qapılar arxasında davam etdirilib.

Nazirlərin görüşdən sonra birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılıb.

Tarix
2015.05.25 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla