Yuxarı

Bakı-2015 Uruqvay mətbuatında

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uruqvay mətbuatında Bakı 2015 I Avropa Oyunları haqqında məqalə dərc olunub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, "Uypress" Uruqvay xəbərlər agentliyinin portalında "Azərbaycan paytaxtı Bakı-2015 Birinci Avropa Oyunlarını qəbul edir" adlı məqalə dərc olunub.

"12-28 iyun tarixlərində Xəzər dənizi sahillərində, Avropanın bitdiyi və Asiyasının başladığı yerdə yerləşən, Azərbaycanın sürətlə inkişaf edən paytaxtı olan Bakı şəhəri bütün Avropadan 6000-dən çox elit idmançıları qəbul etməyə hazırlaşır", - deyə məqalədə qeyd olunur.

Məqalədə eyni zamanda, Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda yaradılmış müasir infrastruktur, oyunlar çərçivəsində müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar, habelə növbəti illərdə Azərbaycanda təşkil olunacaq beynəlxalq əhəmiyyətli digər idman tədbirləri barədə də məlumat verilir.

Məqalədə Azərbaycanın son illərdə əldə etdiyi yüksək iqtisadi inkişafla da bağlı fikirlər yer alıb: "Cənubi Qafqazın iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycana məxsusdur ki, 2000-ci ildən etibarən, əsasən böyük karbohidrogen ehtiyatlarının istismarı, nəqliyyat, infrastruktur, telekommunikasiya, tikinti, turizm və aqrosənaye sahələrindəki önəmli sərmayələr hesabına ölkənin ÜDM dörd dəfə artmışdır".

Yazıda həmçinin Azərabaycanda tolerantlıq, dünyəvilik və müxtəlif inancların sülh şəraitində birgə mövcudluğu ənənələrindən də bəhs olunub.

Azərbaycan-Uruqvay münasibətləri mövzusuna da toxunulan məqalədə Azərbaycanın bu yaxınlarda Uruqvayda diplomatik nümayəndəliyinin təsis olunması, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərə də toxunulub.

Tarix
2015.05.25 / 15:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla