Yuxarı

Tanınmışların 25 May-Son zəng xatirələri – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün – 25 may köhnə sistemlə orta məktəblərdə "Son zəng" günüdür. Məktəb illərinə nöqtə qoyan o gün hər birimizin yaddaşında dərin iz buraxıb.

Axar.az tanınmış sənət adamlarının "Son zəng"lə bağlı xatirələrini öyrənib:

Firəngiz Mütəllimova (xalq artisti):

"Mən Şuşa şəhərində Hüsü Hacıyev adına 4 nömrəli məktəbi bitirmişəm. Son zəng günü ağ önlüklərimizin üstünə arzularımızı yazırdıq... O sözləri oxuyanda indi də adamın gözləri dolur. Bir sinif yoldaşım var idi, onu çox istəyirdim. Bizi ayıra bilmirdilər, hətta saç düzümümüzə qədər eyni edirdik. Sonra Tibb Universitetini bitirdi. Məktəbi qurtarandan sonra ailə qurmuşdu, mən onu görməmişdim. Əlli yaşında onun ölüm xəbərini eşitdim... Çox pis oldum. Onun yas mərasimində bütün sinif yoldaşlarımı gördüm. İndi də sinif yoldaşlarımla əlaqəm var, zəngləşirəm, görüşürəm. Hamısı şuşalılardır, münasibətimiz də davam edir".

Çingiz Abdullayev (xalq yazıçısı):

"Mənim Son zənglə bağlı çox xoş təəssüratlarım var. 1976-cı ildə 189 nömrəli məktəbi bitirmişəm. Son zəng günü əvvəlcə məktəbin həyətində, sonra isə Filarmoniya bağında yığışmışdıq. Həmin gün dostlarımla şəkil çəkdirmişik, o şəkil hələ də qalır. 29 il keçib, bizim hələ də əlaqəmiz var, dostuq. İnanıram ki, bir 30 il də keçsə, biz dost qalacağıq. Məktəbi bitirənlərə xüsusi talon vermişdilər – bunu sonra heç kimə vermədilər – biz o talonla səhərə qədər metro ilə pulsuz gedə bilərdik. O talonun özü də doğma bir xatirədir. Çox gözəl xatırlayıram o günləri..."

Mənsum İbrahimov (xalq artisti):

"Ağdamın İmamqulubəyli kəndində oxumuşam. Son zəngimizi də kənddə keçirmişik. Orta məktəbi bitirdiyimizə görə, təbii ki, pis olurduq – 10 il bir partada oturduğumuz sinif yoldaşlarımızdan, müəllimlərimizdən ayrılırdıq. Bizim çox yaxşı müəllimlərimiz var idi. İndi dünyasını dəyişənlər də var, yaşayanlar da var. Sinif yoldaşlarımızla indi də əlaqə saxlayırıq. Bu il məktəbi bitirən uşaqlara da uğurlar arzu edirəm, ali təhsil alsınlar, həyatları ürəklərincə olsun".

Rəşad İlyasov (müğənni, kanon ifaçısı):

"Bizim son zəngimiz çox pis vaxta təsadüf etmişdi. 90-cı illərin ortaları idi, valideynlər qorxurdular uşaqlarını bayıra buraxmağa. Məktəbin həyətində yığışdıq, söhbət elədik, şəhərə çıxdıq, çay içdik, qayıtdıq – bu qədər sadə... İndi uşaqlar son zənglərini ən lüks restoranlarda qeyd edirlər. Pulları var, özlərinə qismət, amma uşaqlara həm də nəzarət lazımdır. Yadımdadır ki, biz bir-birimizin önlük və köynəklərinin üstünə arzularımızı yazırdıq. Musiqi dərsində şuluqluq edirdim, ona görə müəllim qiymətimi kəsdi. Sinif rəhbərimiz də ona acıqlandı ki, bu cür musiqiçiyə sən aşağı qiymət verirsən? Amma musiqi müəlliməm son zəngdə mənim köynəyimə "Həyatın ifa etdiyin musiqilər kimi gözəl olsun", – yazmışdı.

Tarix
2015.05.25 / 17:58
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla