Yuxarı

Bürclərə inanmaq olarmı?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulduz bürclərilə, ulduz fallarıyla mənim haqq-hesabımın tarixi uzundur.

Çoxdanın, 90-cı illərin əvvələrinin söhbətidir. Bəli, o vaxt mən institutlardan birində saathesabı sosilogiyadan dərs deyirdim. Açığı, bu roluma heç cür alışa bilmirdim - dəqiq elmlərin adamı sosiologiyadan dərs deyir...

Amma bir az bu elmə baş vurandan sonra gördüm ki, hətta onun banilərindən biri - O.Kont sosiologiyanı fizikaya uyğun qurub. Sonradan bu elmdə dəqiq elmlərdən götürülümüş çox analogiyalarla rastlaşdım və bu mənə öz aqibətim ilə barışmağa kömək etdi...

O vaxt keçid dövrü idi. Hara və necə keçəcəyimizi bilməsək də, hamımız o dövrü yaşayırdıq. Mənə də bu dövr elmi cəhətdən xeyli maraqlı görünrdü. Bu məsələlərlə bağlı bir xeyli ədəbiyyat oxumuşdum...

Qərəz, sözüm bunda deyil. O vaxt həm də ulduz fallarının "bum" dövrü idi. Hara baxırdın, hansı qəzetə baxırdın, elə hey ulduz falı görürdün. Astroloqlar publikanın və efirlərin ən sevimli qəhrəmanları idi, "baxıcılar" sensasion siyasi proqnozlar, açıqlamalar verirdilər...

Bir gün qərara gəldim ki, seminralardan birini buna həsr edim. Etdim də. Amma üstündən az keçməmiş gördüm ki, bir nəfər kafedrada böyük bir hay-küy salıb ki, bəs, filankəs müəllim uşaqlara sosilogiya əvəzinə astronomiyadan dərs deyir. Nə qədər and-aman etdim, inanmadılar...

Beləcə, məni həmişə dilxor edən bir məsələ ilə - mövhumatla ilk toqquşmam bu cür başladı...

İndi başınızı ağrıtmayacam. Sonra da hər fürsət düşəndə astroloqları, "baxıcı"ları, necə deyərlər, ifşa etməyə çalışırdım. Hazırda əvvəlki "bum" bir az çəkilib, amma hələ də qalıb... Və mən də daha "ezoterik təlimlər"in daşıyıcılarını əvvəlki kimi izləmirəm. Amma bu yaxınlarda bir hadisə oldu. Şah Abbasdan veriliş verdilər. Həmin o verilişdən bəlli oldu ki, sən demə, Yusif Sərrac məsələsi heç də M.F.Axundovun uydurması deyilmiş və elə həqiqətən də belə bir hadisə olub -münəccimlərin təkidilə Şah Abbas bir-iki günlüyə hakimiyyətdən çəkilib və taxt-tacını adi bir sənətkara həvalə edib...

Sonrası... Bəli, sonrasını hamı bilir... Amma o verilişin üstündən az keçməmiş bir dostuma rast gəldim. Dedi ki, gördün?.. Dedim, bəli, gördüm... Dedi, bəs indi inandın ki, ulduz falı boş şey deyil? Dedim ki, yox, inanmadım!.. Bəli, həmin o dostum qayıtdı ki, qardaş, bura Şərqdir, onun o qədər tilsimləri var ki...

Amma mən bilirdim ki, bu Şərq-Qərb söhbəti deyil. Nostradamus Qərbdə olmuşdu. Yeri gəlmişkən deyim ki, bu adam özü astroloji müşahidələr aparan münəccim olmayıb, "proqnoz"larını da nəyin əsasında yazıb, bunu heç kim bilmir...

Qayıdaq bir də ulduz bürclərinə. Bürclərdəki ulduzların biri-birilə maddi-fiziki əlaqəsi yoxdur, bu, adicə bir şəkildir - Göy sferasına ulduzların proyeksiyasıdır...

Mən demirəm ki, astrologiyanı büs-bütün tullamaq lazımdır. Yox. Düşünürəm ki, keçmişi - Şərq tarixini, ədəbiyyatını və mədəniyyətini öyrənmək üçün o, çox gərəkli ola bilər... Bəlkə də hansısa Şərq şairinin bir beytində gizlənən mənanı açmaq üçün ulduz fallarının, bütövlükdə astrologiyanın böyük köməyi dəyə bilər. Tarixdə bu, dəqiq xronologiyanı müəyyən etmək üçün və o dövrün insanlarının Yer və Göy haqqında nə bildiklərini öyrənmək üçün gərəkli ola bilər. Beləcə, bir neçə çox ciddi amil göstərmək olar ki, onların həllində astrologiyaya da müraciət etmək nəinki olar, hətta vacibdir...

Müasir insan nöqteyi-nəzərindən isə o, tamamilə mənasız bir şeydir. Ən azı ona görə ki, qəzetlərdə mən bu falların necə "tərtib olunma"sının şahidi olmuş və bu prosesi öz gözümlə görmüşəm - təsəvvür edin, bir jurnalist oturub ağlına gələn nəsə yazır. Siz də səhər qəzet alarkən birinci növbədə həmin səhifəni - ulduz falları olan səhifəni açırsınız...

Həm də burada iki amil var ki, onları da qeyd etmək lazımdır. İnsan ümidsizlik burulğanına düşəndə mistikaya meylli olur. İndiki sosial-siyasi və mənəvi mühit burada heç də az rol oynamır. Hazırda keçid dövrü bitib - insanlar da özlərinə və sabaha daha ümidli olublar. Gəl, ümidsizlik notu tam çəkilməyib, hələ də onun baş qaldırması mümkündür...

Bir detal da Şərqin özü ilə bağlıdır. Şərqdə mistikaya, "gizli elmlər"ə meyl həmişə güclü olub, hətta belə hesab edilib ki, əsl elm də əslində gizli olmalı və "seçilmiş" insanlara açılmalıdır...

Başqa nə deyək? Acizanə şəkildə yada salaq ki, indi 21-ci əsrdir, əzizlərim... Məgər bu, sizə bir şey demirmi?..

Tarix
2015.05.29 / 08:00
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla