Yuxarı

Hibrid avtomobil: Azərbaycan nə etməlidir?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hibrid avtomobil sənayesi yaxın 10 il ərzində dünya avtoparkında 50 faiz paya malik olacaq".

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, Azərbaycanın bu bazarda yer alması Neft Fonduna böyük dividentlər qazandıra bilər:

"Çin iqtisadiyyatı hazırda 7 faizin altında artım tempi ilə inkişaf edir. Ölkə iqtisadiyyatının əsas aparıcı yükü ixrac qabiliyyətidir. 2015-ci ilin I rübünün göstəricilərinə görə bunun aşağı düşməsi Çin hökumətini yuanla bağlı bəzi qərarlara məcbur edə bilər. Buna görə hesab edirəm ki, Azərbaycan Neft Fondunun cari ilin iyununda çin yuanında olan istiqrazlara 500 milyon yatırmaq məsələsində ehtiyatlı davranmalıdır. Hazırkı situasiyada başqa alternativ yollar da axtarmalıdır. Öz vəsaitlərini idarə etmək və aktivlərini yerləşdirmək üçün investisiya siyasətinin diversifikasiyasını şaxələndirməsi istiqamətində işlər görməlidir. Yəni yatırımın zamanı və istiqaməti düzgün seçilməlidir. Yaponiyada daşınmaz əmlak bazarına yatırım fikrinə gəldikdə isə bu ölkənin iqtisadiyyatı kifayət qədər yüksək inkişaf etmiş və doymuş bazarlar olduğundan burada da diqqətli olmaq məsləhətlidir. Bir şeyi diqqətinizə çatdırım ki, 5 il bundan əvvəl daha innovativ ideyalara, çağırışçı ideyalara yatırımlar edilsəydi, kifayət qədər gəlir əldə etmək olardı. Məsələn, Feysbuk kimi. İstiqamətlərin şaxələndirilməsi ilə razıyam. Buna görə də araşdırmalar davam etdirilməli və yeni yollar axtarılmalıdır. Bu gün dünya üçün ən maraqlı məsələlərdən biri hibrid avtomobil sənayesidir və yaxud elektron avtomobil bazarıdır. Bu sahə artıq növbəti 10 ilə dünya avtoparkında təxminən 50 faiz paya malik ola biləcək bir bazardır. Hazırda bununla məşğul olan şirkətlərin səhmlərinin alınması Neft Fonduna daha böyük dividentlər qazandıra bilər".

Tarix
2015.05.29 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla