Yuxarı

Yaxın 6 ayda dünyanı neftlə bağlı nə gözləyir?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"OPEK-in hazırkı strategiyasi çox praqmatik bir məsələyə söykənir".

Bu barədə Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O, iyunda veriləcək iki mühüm qərarın neftin qiymətində böyük rol oynayacığını deyib:

"Səudiyyə Ərəbistanı 1980-ci il hadisələrinin təkrarlanmaması və dominant mövqeyini saxlamaq üçün neft hasilatını azaltmayacaq. Səudiyyə Amerika slansının maya dəyərinin baha olduğunu nəzərə alaraq günün birində qiymətlərin aşağı olmasının həmin şirkətləri neft hasilatını azaltmağa vadar edəcəyindən ehtiyatlanır. Sırf bu üzdən də onlar neft hasilatıının azaldılmasına getməyəcək. Hələlik bu strategiyanın bir qismi özünü doğrultdu və Səudiyyə bazardakı yerini qoruya bildi. Ancaq slans nefti ilə bağlı gözləntilər özünü doğrultmadı, hasilat nəzərə çarpacaq dərəcədə belə azalmadı. Ona görə də bu strategiyanın davamı olaraq iyunun 5-də keçiriləcək toplantıda hasilatın əvvəlki qaydada saxlanılmasına qərar verilməsi gözlənilir. Bu isə neft bazarına ən azı yaxın 6 ayda çox ciddi təsirlər edəcək. Çünki OPEK-in qərarından başqa həmin ayda İranla da bağlı qərar qəbul olunacaq. İranın bazara daha ciddi həcmdə neft ixrac etməsi gündəmə gələcək. Bu iki qərar isə ən azından ilin sonuna qədər neft qiymətlərinin aşağı səviyyədə qalacağını indidən proqnozlaşdırmağa imkan verir".

Tarix
2015.05.29 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla