Yuxarı

Xalq şairi: “Flora xanım da, İlhamə də...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Layladan tutmuş azana qədər hər zərif səsdə ilahi bir nəğmə, bəşəri bir mahnı var. Gözəl mahnı üçün də təkcə mükəmməl ifa və musiqi deyil, həm də mənalı sözlər əsas şərtdir.

Axar.az olaraq şeirlərinə mahnı bəstələnmiş şairlərə belə bir sualla müraciət etdik:

Şeirlərinizə bəstələnmiş hansı mahnı sizə digərlərindən daha doğmadır?

Xalq şairi Fikrət Qoca bildirir ki, əsərləri onun övladlarıdır və övladların hamısı doğmadır:

"Mənim indi 8 cildliyim nəşr olunur. Onun bir cildi ancaq mahnı mətnləridir. 400-ə yaxın şeirimə musiqi bəstələnib, onların hansının adını çəkim, hansı qalsın? Övladlarım arasında fərq qoymuram. Bir də ki, bu, təkcə mənim işim olsa, bir söz deyərəm. Axı şeiri mən yazmağıma baxmayaraq, onun bəstəkarı, ifaçısı var. Bu, kollektiv işidir. Şeirlərimə bəstələnən mahnıların hamısı çox gözəldir. Məsələn, "Bir xumar baxışla" mahnısını Flora xanım da oxuyub, İlhamə xanım da. Düzdür, mən səs üzrə mütəxəssis deyiləm, heç özümün də səsim yoxdu, amma onu deyə bilərəm ki, hər ikisi öz üslubu ilə çox gözəl oxuyub".

​Baba Vəziroğlu mahnının insan ruhuna təsirindən danışır və iki mahnını xüsusilə qeyd edir:

"Mahnının yaranması üçün 3 komponent lazımdır: musiqi, söz və ifa. Bu üç komponent vəhdətdə mahnı adlanır, ayrı-ayrılıqda bir komponentə görə mahnı sevilə bilməz. Mahnı sintez sənətidir. Mən həmişə demişəm ki, mahnı üç ürəyin bir nəbzdə döyünməsidir. Bunlardan biri falş vurarsa, onda mahnı alınmayacaq. Mən sözlərinin müəllifi olmadığım, bəstəkarını tanımadığım mahnıları da, xalq mahnılarını da dinləyirəm – ovqatımdan asılıdır. Ən çox sevdiyim mahnıya qaldıqda, iki mahnı var ki, mən onları həm dinləyirəm, həm də daim dinləmək istəyirəm. Bunlar bəstəkar Kamalın yazdığı "Sən elə bir zirvəsən" və "Səndən nigaranam" mahnılarıdır. Bu mahnılar ayrı-ayrı janrlardadır – biri siyasi, biri lirik janrda və demək olar ki, hər gün efirdə səsləndirilir. İkinci mahnı dünyanın bir çox dilində səslənib. Amma populyar olmasa da, mənim ürəyimi titrədirsə, mən yenə də sevərdim o mahnını. Dinləyəndə heç fikirləşmirəm ki, bu mahnını mən yazmışam. Mahnı ürəyə toxunursa, səsləndiyi 4-5 dəqiqə ərzində adamı real, günahkar həyatdan uzaqlaşdıra bilirsə, demək, bu mahnı, doğrudan da ürəyin, insanın taleyinin mahnısıdır. Alim Qasımovun ifasında səslənən "İlahi" mahnısı da çox gözəldir. Neçə adam tanıyıram ki, bu mahnı ilə həyata qayıdıb – həyatlarının ən çətin məqamlarında biliblər ki, böyük bir qüvvə var, bu, onlara kömək olacaq. Fikirləşiblər, həyat hələ davam eləyir, yaşamaq gözəldir".

Şair, professor Elçin İsgəndərzadə daha çox "Neyləyim"i bəyəndiyini deyir:

"Şeirlərimə bəstələnmiş bütün mahnılar mənə əzizdir. Amma xüsusilə xalq artisti Eldar Mansurovun bəstələdiyi "Neyləyim" mahnısı mənə digərlərindən daha doğma gəlir. Əməkdar artist Anar Şuşalı da bu mahnını çox gözəl ifa edib".

Tarix
2015.05.29 / 09:56
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla