Yuxarı

TQDK jurnalistlər üçün müsabiqə keçirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası KİV nümayəndələri arasında müsabiqə elan edir.

TQDK-dan Axar.az-a verilən məlumata görə, Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə KİV nümayəndələri arasında Komissiyanın fəaliyyətinə həsr olunmuş ən yaxşı məqalə və ən yaxşı televiziya süjeti müsabiqəsi keçirilir.

Müsabiqə 2 nominasiya üzrə aparılır:

1. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə.

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:

I yer - 1000 manat

II yer - 800 manat

III yer - 600 manat

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyul ayının 10-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə "müsabiqəyə təqdim olunur" yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.

2. 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya reportajı.

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli süjetlərə üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:

I yer - 1000 manat

II yer - 800 manat

III yer - 600 manat

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2015-ci il iyul ayının 10-dək televiziya və ya radioda yayımlanmış materialın video diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər.

Tarix
2015.05.29 / 12:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla