Yuxarı

“Ermənilər də etiraf etdi: Soyqırım yoxdur…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rus arxivlərində işlədiyim dövrlərdə erməni həmkarlarım söhbət zamanı dəfələrlə mənə "soyqırım" kimi bir hadisənin olmadığını deyiblər".

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli millət vəkili, professor Seyid Sərtçəlik çıxış edib. Rus arxivlərində 8 ilə yaxın araşdırma aparan professor ermənilərin ikili oyun oynadığını bildirib:

"Türkiyənin arxivləri uzun illərdir ki, ictimaiyyətə açıqdır. Lakin erməni tarixçilərin Türkiyə arxivlərini araşdırmaq kimi bir niyyətlərinin olduğunu zənn etmirəm. Çünki rus arxivlərində işlədiyim dövrlərdə erməni həmkarlarım söhbət zamanı dəfələrlə mənə "soyqırım" kimi bir hadisənin olmadığını deyiblər. Lakin onlar ictimaiyyət önündə çıxış edən zaman tamam fərqli sözlər deyirlər".

O, ermənilərin 1914-cü ilə olan sayları haqda da məlumat verib:

"Birinci Dünya müharibəsindən əvvəl Osmanlıda yaşayan ermənilərin ümumi sayı 1 milyon 294 min olub. Rus qaynaqlarında isə bu rəqəm 1 milyon 300 mindir. Halbuki 1915-ci il hadisələri zamanı 1,5 milyon erməninin öldürüldüyü iddia edilir".

Tarix
2015.05.29 / 14:36
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla