Yuxarı

Bakcell-dən Ulduzum mobil applikasiyası

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramının üzvləri üçün xüsusi mobil applikasiya təqdim edib. Bu pulsuz proqram sayəsində Bakcell abunəçiləri 120-dən çox Ulduzum partnyoru tərəfindən təqdim olunan müxtəlif endirim və güzəştlərdən daha asan yolla faydalana biləcəklər.

Şirkətdən Axar.az-a verilən məlumata görə, Ulduzum abunəçiləri mobil applikasiyanı telefona yüklədikdən sonra yerləşdikləri əraziyə ən yaxın olan Ulduzum tərəfdaşı haqqında məlumat ala, Ulduzum endirim kodu əldə edə, gün ərzində istifadə edilməmiş imkanlar, xərclənən və endirimli məbləğ haqqında məlumat öyrənə, endirim təqdim edən tərəfdaşların siyahısına baxa və digər yeniliklər barədə ətraflı məlumatı əldə edə bilərlər.

Android əməliyyat sistemli mobil cihazlara Ulduzum apllikasiyasını https://goo.gl/pOci5l , IOS əməliyyat sistemlil cihazlara https://goo.gl/KZKuta linkindən yükləmək olar.

Abunəçilərinin sayı 1 milyondan artıq olan Ulduzum sadiqlik proqramının tərəfdaşları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Tarix
2015.05.29 / 16:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla