Yuxarı

Daha bir yolda təmir yekunlaşmaq üzrədir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunları öncəsi təmirlə əlaqədar bağlanmış Hövsan yolu sürücülərin ixtiyarına verilir.

"Azəryolservis"ASC-dən Axar.az-a verilən məlumata görə, Hövsan yolunun 1,2 kilometrlik hissəsi yenidən qurulub. Yol hər iki istiqamətə 3 olmaqla 6 zolaqdan ibarətdir. Ayrıcı zolağın eni 4 metr, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 metr olmaqla yolun ümumi eni 35 metrdir. Yol boyu hər iki tərəfdə 2 metr enində səkilər də qurulub. Ümumilikdə 37 min kvadrat metr sahəyə asfalt-beton örtüyü döşənib, yol boyu 2600 paqon metr səki daşı düzülüb. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün 400 metr uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.

Ərazidə yeni dairə də inşa edilib. "BakuBus" avtobuslarının dairə vasitəsi ilə geriyə hərəkət etməklə dayanacağa daxil olması təmin edilib. Bundan başqa yenidənqurulmuş yol vasitəsilə nəqliyyat vasitələri avtomobil tunelindən keçməklə şəhər istiqamətinə, sağ qanadla hərəkət etməklə isə "Beton yol"a çıxaraq Mərdəkan istiqamətinə rahat və maneəsiz şəkildə hərəkət edə bilərlər.

Artıq sözügedən yolda son tamamlanma işləri həyata keçirilir. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi aparılır, yol kənarları abadlaşdırılır.

A.Nobel prospekti və Zığ dairəsində də abadlıq işləri həyata keçirilir. Prospekt boyunca yolcizgi və yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri həyata keçirilib, ayrıcı zolaqlar və yol kənarları isə abadlaşdırılır.

Tarix
2015.05.29 / 16:38
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla