Yuxarı

1,5 min can alan Hindistan istisinin şok – Sirri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hindistanda şiddətli istini törədənlər bizim də başımıza eyni oyunu aça bilərlər".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib. Onun sözlərinə görə, Hindistandakı quraqlıq Azərbaycanda da törədilə bilər:

"Hindistanda baş verən hadisələr qlobal istiləşmə termininə aid deyil. Bu, Sakit okeanında El-Ninyonun isti cərəyanının həyata göz açmasıdır. Bu, isti çayların axınıdır. Bu çaylar Afrika qitəsindən ekvatora gəlib çatana qədər suyu buxarlandırır və havasız şərait yaradırlar. Belə hava şəraiti bizi də gözləyir. Hər 11-15 ildən bir isti cərəyan axını yaranır və nəticədə dünyada belə proseslər baş verir. Hazırda Günəşdə bir dənə də olsun ləkə yoxdur və Günəşdə soyuma prosesi gedir. Əgər qış həddən artıq sərt keçirsə, deməli, yay həddən artıq isti olacaq. Bu qanundur. Heç kəs bu qanunu poza bilməz. Son dövrlər silahlardan istifadə edirlər. Həm Amerika, həm Çin, həm də Rusiyanın metroloji, geometroloji silahları var. Ötən il Amerikanın 47 ştatında 2-3 metrə qədər qar yağmışdı. Hava şəraiti isə 25-30 dərəcə şaxtaya gəlib çatmışdı. O zaman Amerika alimləri, kəşfiyyat orqanları bunun Rusiya tərəfindən törədildiyini iddia etmişdilər. Lakin o silah Amerikada da var və Alyaska ştatında yerləşir. Onlar dünyanın istədiyi nöqtəsində sel, quraqlıq, zəlzələ yarada bilərlər. Ona görə də proqnoz vermək çox çətin olur. Lakin bu il Azərbaycanı quraqlıq gözlədiyini deyə bilərəm. Çünki Birləşmiş Millətlər Təşkilatı 3 il dalbadal Rusiyanın cənub hissəsində, Qafqaz, Orta Asiyada quraqlıq olacağını bildirib. Əgər onlar bunu əvvəlcədən elan edirlərsə, deməli, bunu törədəcəklər. Biz buna hazır olmalıyıq".

Zeynalov Hindistanda olan proseslərin süni surətdə yaradıldığını bildirib:

"Hindistan hazırda qış ərəfəsindədir. Orada olan proses bizi çaşdırır. Ona görə də mən dəqiq deyə bilərəm ki, orda olan hava dəyişkənliyi silahlardan istifadənin nəticəsidir. Əvvəllər silahlar ABŞ, İngiltərə və Kanadadan alınırdı. Hindistan son zamanlarda bu silahlardan imtina etmək istəsə də, buna nail ola bilmir. Çünki sözügedən ölkələrin məqsədi dünya əhalisinin 90%-ni qırmaqdır. Onların fikrincə, məhz bundan sonra Yer kürəsindəki əhali yeyinti ilə təmin oluna biləcək. Ona görə də qış fəslində hansı istidən danışmaq olar? Bunu törədənlər bizim də başımıza eyni oyunu aça bilərlər".

Qeyd edək ki, Hindistan subekvatorial qurşaqda yerləşir. Bu qurşaqda il ərzində yalnız 2 fəsil - yay və qış müşahidə olunur. Təbiət qanunlarına əsasən, hazırda Hindistanda, ümumiyyətlə, subekvatorial qurşaqda qış fəslinə keçid olmalıdır. Qış ayı əsasən bu qurşaqda güclü yağışlarla müşahidə olunur.

Tarix
2015.05.29 / 17:00
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla