Yuxarı

BP və nazirlik arasında yeni əməkdaşlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "BP Azərbaycan" şirkəti aralarında yaradılacaq əməkdaşlıq məsələlərini müzakirə edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazir müavini Mətin Kərimli nazirliklə BP şirkəti arasında əmək miqrasiyası, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahələrində mütəmadi müzakirələrin aparıldığını və bu sahələrdə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

"BP Azərbaycan" şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova koorporativ sosial məsuliyyət çərçivəsində şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, "BP Azərbaycan" şirkəti əmək təsnifatları, insan resursları, xarici əlaqələr sahəsində həyata keçirdiyi layihələri genişləndirmək niyətindədir.

Görüşdə bölgələrdə BP-nin və UNİCEF-in dəstək verdiyi "Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması" layihəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iştirakı, eləcə də reigonlarda gənclərin və əlilliyi olan şəxslərin peşə hazırlığı və məşğulluğu sahəsində mümkün layihələrin hazırlanması müzakirə olunub. Görüşün sonunda birgə layihələr üzrə prioritetlərin müəyyən edilməsi məqsədilə ekspertlər səviyyəsində müzakirələrin davam etdirilməsi qərara alınıb.

Tarix
2015.05.29 / 19:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla