Yuxarı

Arvadına 500 dəfə xəyanət edən prezident - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsrdə Con F. Kennedi qədər hələ heç bir prezident sıravi amerikalıların müzakirə mövzusu və mübahisələrə səbəb olmayıb.

Publika.az "Bizim tərcümə" layihəsində mayın 29-da dünyaya gəlmiş və çoxsaylı sevgililəri ilə məşhurlaşan ABŞ prezidentinin həyat hekayəsini təqdim edir.

Ölümündən 52 il ötməsinə baxmayaraq, Kennedinin qətlə yetirilməsi hələ də müəmma olaraq qalmaqdadır. Kennedi 22 noyabr 1963-cü ildə qətlə yetirilməsəydi bəlkə də, bu gün ömrünün 98-ci ilini qeyd edərdi.

Con Kennedi 1917-ci il mayın 29-də Massaçusets ştatında dünyaya gəlib. Sabiq ABŞ prezidentin yürütdüyü siyasətdən çox, intim həyatı müzakirə olunur.

17 yaşında ilk dəfə seksual həyata qədəm qoyan Kennedinin o vaxtdan yatağından daha kimlər keçməyib? Buraya yüngül əxlaqlı qadınlar, idarə heyətinin əməkdaşları (onları nəzarətdə saxlamaq və prezidentə qarşı çıxmamaq üçün Kennedi xidmətlərindən istifadə edərdi), şou-biznes aləminin ulduzları da daxildir. Kennedinin sevgi romanları arasında daha çox Cudit Kempbell Eksner və Merilin Monro səs-küyə səbəb olub. Qadınlardan biri qaraşın, ağıllı, digəri isə sarışın, ağılsız idi. Bu Kennedi üçün südlü qəhvə içməyə bənzəyirdi.

Kennedi prezident olmamışdan qabaq hələ Cuditlə görüşürdü. Onların sevgi romanı uzun müddət davam edib və dramatik xarakter daşıyıb. Deyilənlərə görə, Cudit özü Kennedinin sevgilisi rolunu oynamaqdan imtina edib. Çünki qadın FTB və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarından ehtiyat edib. Cudit daim nəzarətdə olduğu üçün günlərin birində kəşfiyyat əməkdaşlarının onun evinə hücum edə biləcəyindən qorxub.

Merlin Monro isə Cuditin tamamilə əksi idi. Onlar 1957-ci ildə tanış olublar və Kennedi aktrisa ilə yalnız boş vaxtında görüşərdi. Monronun qalmaqallı reputasiyasına və idarə heyətinin onların münasibətlərindən xəbər tutmasına fikir verməyən Kennedi aktrisa ilə görüşməyi davam edirdi. Kennedi prezident olduqdan sonra Monronun həyatında çətin günlərin sayı daha da artdı. Elə o vaxtdan etibarən sarışın aktrisa içki və narkotikə qurşandı.

Qardaşı Robertin tövsiyəsi ilə Con Kennedi aktrisa ilə münasibətlərə son qoymağa qərar verdi. Kennedi bu xəbəri Merlinə çatdırmaq üçün o, qardaşını aktrisanın yanına göndərdi. Elə oldu ki, Robert özü Con və Merilin arasında sevgi piramidasını yaratdı. Robert özü də tələyə düşərək Merilinin sevgilisi oldu. Bununla belə, Merilin getdikcə narkotik maddələrin tələsinə düşürdü. 1962-ci ildə Robert və Merilin arasında mübahisə düşdü. İş o yerə çatdı ki, Merilin mətbuat konfransı çağırıb Kennedi qardaşları ilə sevgi macərasını ictimaiyyətə bəyan edəcəyi ilə hədələdi. Bu hadisənin səhəri günü isə dünya Merilinin intihar etmə xəbərini aldı. Bunun intihar və ya sui-qəsd olma faktı hələ də bəlli deyil.

Kennedinin ölümündən sonra onun həyatı haqda yeni faktlar ortaya çıxdı. Məsələn, Kennedinin özü əmin edirdi ki, cinsi əlaqədə olmadığı günlərdə şiddətli baş ağrılarından əziyyət çəkirmiş. Bununla belə, Kennedini keyfiyyətdən çox kəmiyyət maraqlandırdığı üçün daim özünə yeni sevgili tapmağa meyl edirdi.

Kennedinin yaxın dostlarından biri deyib: "Cona cinsi əlaqə ilə məşğul olmaqdan daha çox məftun etmək maraqlıdır". Bəziləri iddia edirdi ki, Kennedi o qədər şorgöz olub ki, onun yanında nə ana, nə bacı, nə da arvad qoyub getmək mümkün deyilmiş.

Kennedinin arvadına gəldikdə isə deyə bilərik ki, Jaklin Kennedi ərinin bütün işlərindın xəbərdar olub. Jaklin ərinin hər addımbaşı özünə sevgili tapması və bu faktı FTB ictimaiyyətdən gizlətdiyi halda ona xəbər verməsi bir qadın kimi şərəfinə toxunurdu.

Bir sözlə, Jaklin prezident arvadına nümunə olacaq, eyni zamanda da bədbəxt qadın idi. Həyatının çox hissəsini depressiyada olan Jaklin ərinə övlad bəxş etsə də, Kennedi öz bildiyindən qalmırdı. Hətta deyilənlərə görə, Con arvadının bacısını da fəth etməyə çalışıb. Kennedinin bioqrafiyasından da görmək mümkündür ki, Con arvadına nə az, nə çox 500-dən artıq xəyanət edib. Onun sevgi romanları isə 1963-cü il noyabrda Dallasda bitdi...

Tarix
2015.05.29 / 21:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla