Yuxarı

Polşa rəsmisi Bakı-2015-dən danışdı

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən, keçmiş idmançı kimi, Bakıda keçiriləcək birinci Avropa Oyunlarını böyük əhəmiyyət daşıyan mühüm idman tədbiri sayıram. Xüsusən də bu Oyunlar ilk dəfə keçirildiyi üçün. Avropa Oyunları həm Polşa, həm də bütün Avropa üçün əhəmiyyət daşıyır, xüsusən də ona görə ki, bu növ Oyunlar artıq bütün qitələrdə keçirilir. Biz Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə də sevinirik. AZƏRTAC xəbər verir ki, bu fikri azərbaycanlı jurnalistlərlə görüşündə Polşa Respublikasının idman və turizm nazirinin müavini Dorota İdzi söyləyib.

D.İdzi hesab edir ki, Avropa Oyunları həm də ona görə böyük əhəmiyyət daşıyır ki, gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün idmanın bir sıra növləri üzrə təsnifat yarışı xarakteri daşıyır.

D.İdzi deyib: "Nazirlik çalışır ki, Polşa komandası Bakıda ən güclü komandalardan biri olsun. Bizim komandamızda Mayya Vloşçovska çıxış edəcək. Azərbaycan qarşıdan gələn Avropa Oyunlarının irəliləyişi üçün onu həmin Oyunların beynəlxalq idman elçisi seçib. Biz onun uğur qazanacağına ümid bəsləyirik. Biz idmanın güləş növünü təmsil edən Monika Mixalik, İvona Matkovskaya və Aqneşka Veşşekə də böyük ümidlərlə baxırıq".

İdmanın irəliləyişi üzrə işçi qrupuna başçılıq etdiyini diqqətə çatdıran D.İdzi deyib: "Biz ölkəmizdə müxtəlif idman tədbirləri təşkil etmək üçün çox iş görürük. Bakıda Avropa Oyunları ən mühüm idman tədbirlərindən biridir və biz burada Polşanı irəliyə doğru aparacağıq. Bakıda Polşa yığmasını idman sahəsində üç elçimiz – dəfələrlə Olimpiya çempionları - üzgüçü Otıliya Endjeyçak, atıcı Renata Mauer-Rujanska və yüngül atlet Robert Kojeniovski dəstəkləyəcəklər. İdman Nazirliyinin nümayəndəsi böyük idman tədbirlərinin təşkilində Polşanın təcrübəsindən danışaraq deyib ki, Polşa 2017-ci ildə Vrotslav şəhərində "World Games" çempionatına, habelə voleybol, avarçəkmə, həndbol, futbol və xokkey üzrə dünya və Avropa çempionatlarına hazırdır.

Nazir müavini "Polşa üçüncü Avropa Oyunlarının keçirilməsinə namizədliyini irəli sürməyə hazırdırmı" sualına cavabında deyib: "Bizim idmanın bütün növlərinə uyğun gələn, Avropa Oyunları kimi irimiqyaslı yarışlar keçirmək üçün zəruri olan infrastrukturumuz çatışmır. Hazırda biz müvafiq infrastruktur yaradırıq, lakin bu Oyunların keçirilməsinə hələ hazır deyilik". O, Azərbaycanın birinci Avropa Oyunlarını keçirmək üçün zəruri idman infrastrukturunu qısa müddətdə yaratmasını yüksək qiymətləndirib.

Tarix
2015.05.29 / 21:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla