Yuxarı

Milli sosial şəbəkə bizə nə verəcək? – Müsahibə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnformasiya texnologiyaları üzrə mütəxəssis, proqramçı Elvin Abbasov milli sosial şəbəkələrin yaradılmasını zəruri sayır. Mütəxəssisin fikrincə, milli sosial şəbəkələr daxili internet reklam bazarının inkişafı, böyük maliyyə gəlirlərinin xaricə axınının qarşısını almaq gücündədir.

Həmsöhbətimiz dünyada ən böyük maliyyə mənbəyinə çevrilən internet gəlirləri və sosial şəbəkə biznesi barədə Axar.az-a məlumat verərək bir sıra vacib məqamlara toxunur:

- Elvin bəy, milli sosial şəbəkənin üstünlükləri nədir?

- Azərbaycanda milli sosial şəbəkə yaratmağa bir neçə dəfə cəhd göstərilib. Amma uğursuz alınıb. Səbəb isə digər şəbəkələrin konseptini təkrarlamaq olub. Biz isə yeni bir konsept yaratmışıq. Özümüzə məxsus xüsusiyyətlərimiz, üstünlüklərimiz var.

- Milli sosial şəbəkələrin inkişafına dövlət hansı dəstəyi verməlidir?

- Təkcə milli sosial şəbəkə olaraq yox, milli resuslara dövlət qayğısı istəyirik. Çünki hazırki dövr internet dövrüdür. Hər bir ölkənin özünəməxsus milli resusları var. Biz sərmayənin milliləşməsi üçün milli resuslar yaratmalıyıq. Bildiyiniz kimi, internet istifadəsi ölkə daxilində nə qədər çox olarsa, internetin qiyməti də bir o qədər ucuz olar. Bu da vətəndaşların büdcəsinə xeyir verəcək. Yəni milli resurslardan həm vətəndaşlar, həm də dövlətimiz qazanacaq. Bu istiqamətdə milli brendlər yaratmalı, mütəxəsislərimizi inkişaf etdirməliyik.

- Yerli şirkətlərin bu sahəyə marağı azdır. Sizin fikrinizcə, buna səbəb nədir?

- Əslində, yerli şirkətlərlə çalışırıq. Layihənin ərsəyə gəlməsində yerli şirkətlərin dəstəyi böyük rol oynayıb. Amma sizin dediyiniz kimi, bu, kifayət deyil. Bildiyiniz kimi, hər ay ölkədə milyonlarla vəsait xarici sosial şəbəkələr vasitəsi ilə ölkədən çıxır və ölkəmiz buna heç bir vergi tuta bilmir. Biz isə milli sosial şəbəkə yaradaraq yerli şirkətlərə potensial müştəri veririk.

- Siz yeni milli sosial şəbəkə - myday.az yaratmısınız. Bunun üstünlükləri nədir?

- Öncədən qeyd edim ki, artıq 10 min istifadəçimiz var. Daha öncə dediyim kimi, bizim təkrarlamadan yeni konsept yaratdıq. Əsas məqsədimiz insanları stimullaşdırmaq üçün onlarla şirkətlə danışdıq və istifadəçilərə hər həftə hədiyyələr verdik. Bu proses hazırda da davam edir. Tərəfimizdən bir çox teatr tamaşalarına, kinoya, gözəllik salonları, əyləncə mərkəzlərinə biletlər veririk. Yəni biz piar kampaniya ilə ciddi məşğul oluruq. Bir sözlə, biz milli resuslarla əməkdaşlıq edib şəbəkə qurmağa çalışırıq. Hazırda myday.az mobil versiyasi aktivdir. Mobil telefonlar üçün də konfiqurasiya hazırlanır.

- Yeni sosial şəbəkənin miqyasını genişləndirmək və dünya çapına çıxarmaq üçün türk dilində yaradılması mümkündür?

- Ölkədə 9 milyon insan varsa, dünyada bu rəqəm 60 milyondur. Ümumilikdə isə dünyada 300 milyon türk yaşayır. Əsas məqsədimiz dünyada yaşayan azərbaycanlıları birləşdirmək, milli brendin qlobal istifadəsini təşkil etməkdir. Türkiyənin artıq öz milli resusları yaradılıb. Orada "mynet" şəbəkəsi uzun illərdir ki, brenddir. Ümumiyyətlə, sosial şəbəkələr ölkənin mədəniyyətinə və dəyərlərinə görə yaradılır. Rusiya, Avropa və ABŞ sosial şəbəkələri bizim mədəniyyətimizi, dəyərlərimizi və adət ənələrimizi zədələyir. Məsələn, Rusiyada sosial şəbəkələr daha çox axtarış üzərində qurulub və orda daha çox intim münasibətə önəm verilir.

ABŞ şəbəkələri isə daha çox şəxsi inkişafa və ifadə azadlığına üstünlük verir. Bunun nəticəsində isə bir çox ölkələrdə təşkilatlar və siyasi proseslər hədəf alınaraq çevriliş baş verdi. Biz milli resursları öz mədəniyyətimizə, dəyərlərimizə və adət ənələrimizə uyğun şəkildə yaratmalıyıq.

- Bu sahənin inkişafı üçün rəsmi qurumlarla iş aparılır?

- Dövrün tələblərinə uyğun olaraq internet platformasından gəlir əldə etmək, büdcənin ölkə daxilində dövriyyəsini təmin etmək üçün vətəndaşları yerli resuslara cəlb etmək lazımdır. Bunun üçün hədəfimiz "Yerli İnternet Resusları Milli Assosiasiyası"nın yaradılmasıdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məktub göndərərək görüş təklif etmişik. "Delta Telecom" və "Azərkosmos" ilə danışıqlara hazırlaşırıq.

Tarix
2015.05.30 / 09:28
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla