Yuxarı

Azərbaycanlı alim vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cumhuriyyətində (ŞKTC) fəaliyyət göstərən Girnə Amerika Universitetinin azərbaycanlı professoru Ədalət Abıyev dünyasını dəyişib.

Report-un məlumatına görə, professor Bakıda dəfn olunub.

Ə.Abıyev 2014-cü ilin iyul ayından ağciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Ə.Abıyev 1952-ci il yanvar ayının 13-də Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1975-ci ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) bitirib. Daha sonra elmi araşdırmalara başlayan Ə.Abıyev 2005-ci ilə qədər ADNA-da müxtəlif vəzifələrdə çalışıb, akademiyanın professoru olub. Ə.Abıyev 2006-cı ildən dünyasını dəyişənə qədər pedaqoji fəaliyyətini ŞKTC-də Girnə Amerika Universitetində davam etdirib. O, kompüter texnologiyaları və elektrik cihazları sahəsində 100-dən artıq kitabın və elmi məqalələrin müəllifidir.

Allah rəhmət eləsin!

Tarix
2015.05.30 / 10:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla