Yuxarı

“Qırmızı” Bakını seçdi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən "28 Cinema" kinoteatrında məşhur türkiyəli aktyorların iştirakı ilə "Qırmızı" filminin premyerası və möhtəşəm qala gecəsi baş tutub.

Axar.az xəbər verir ki, təqdimatda filmdə əsas rollardan birini oynayan "Möhtəşəm yüz il" serialından Sünbül ağa kimi tanıdığımız Türkiyənin tanınmış aktyoru Səlim Bayraqdar, eləcə də yaradıcı heyətdən "Jua Film"in rəhbərləri, rejissor, ssenarist Yücəl Müştəkin və başqaları iştirak edib.

Səlim Bayraqdar filmlə bağlı bunları deyib:

"Bu filmlə hamımız uşaqlığımıza səyahət edəcəyik. Hansımız uşaqlıqda oynadığımız oyunları böyüyəndə yenidən oynayıb? Heç düşünmüşünüz ki, o uşaqlıq oyunlarını oynasanız, hansı hissləri keçirərsiniz? Bu filmlə uşaqlığınızı, uşaqlıq oyunlarınızı xatırlayacaqsınız. Aktyorun işi filmdə oynamaqdır. Bu, yaxşı rol da ola bilər, pis də. Hər dəfə mənfi obrazlarla tamaşaçıların qarşısına çıxırdım. Bu dəfə tam fərqli, yaxşı bir insanı oynamışam. Filmimiz hələ Türkiyədə yayımlanmayıb. Sentyabrda qala gecəsi keçirəcəyik. İlk dəfə Azərbaycanda nümayiş olunur".

Filmin baş rol ifaçısı, Azərbaycan tamaşaçısına daha çox "Issız adam" filmindən tanış olan Camal Hünalın da qala gecəsinə qatılacağı deyilsə də, aktyor Bakıya gələ bilməyib. Bunun səbəbini isə S.Bayraqdar belə açıqlayıb:

"O da gəlmək istəyirdi. Əvvəlcədən danışıqlar aparılmışdı, birlikdə gələcəkdik. Amma Camalın serial çəkilişi var. Həm də teatrda oynayır. Ona görə də vaxtı olmadı".

Mətbuat konfransından sonra media işçiləri, tamaşaçılar və qonaqlar filmin nümayiş olunacağı zala keçib. Səhnəyə dəvət olunan filmin ssenaristi və rejissoru Yücəl Müştəkinin və aktyor Səlim Bayraqdarın çıxışından sonra film nümayiş olunub.

Qeyd edək ki, "Qırmızı sadəcə bir rəng deyil" cümləsi ilə yola çıxaraq qırmızının insan həyatındakı fərqli mənalarını və yansımalarını bəyaz pərdəyə daşıyıb. Baş rollarda Leyla Göksün və Camal Hünalın oynadığı filmin heyətində ayrıca Adeliyə Yuraslı, Əli Balkan Avcı, Bülənt Ərgün, Yasəmən Tunca və Tayfun Taliboğlu da yer alır.

Tarix
2015.05.30 / 11:25
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla